Icma.az
close
up
RU
Masallıda çəltik və düyü festivalı

Masallıda çəltik və düyü festivalı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Masallı şəhərinin mərkəzi meydanında əsl bayram əhval-ruhiyyəsi hiss olunurdu. Səliqə ilə düzülmüş köşklərdə rayonun kənd əməkçilərinin becərdikləri məhsullar, toxum növləri, ərzaq, sənaye və düyüdən hazırlanan məhsullar, xalq sənətkarlığı nümunələri, istedadlı gənclərin rəsm əsərləri nümayiş etdirilirdi.

Aqrar sahədə ənənələrin yaşadılması və innovativ texnologiyaların təşviqi məqsədilə Masallı Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Çəltik və düyü” festivalı, toxum sərgi-satış yarmarkası keçirilirdi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov festival iştirakçılarını salamlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin hazırlandığını, aqrar sahədə strateji inkişaf hədəflərinə çatmaq üçün yol xəritəsində qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu diqqətə çatdırdı. İcra başçısı qeyd etdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı işlər görülür, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə texnika, texnoloji avadanlıqlar, sertifikatlı, keyfiyyətli və məhsuldar toxum sortları verilir, digər aqrotexniki xidmətlər göstərilir.

Masallı aqrar sahədə böyük potensiala, zəngin ənənələrə malikdir. Rayonda 24 min 907 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Torpaqların 17 min 933,3 hektarında kənd təsərrüfatı məhsulları yetişdirilir, bunun da10 min 131 hektarında suvarma suyundan istifadə edilir.

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr Masallı rayonunda da uğurla icra olunur. Burada çəltik istehsalı ildən-ilə artırılır. Cari ildə 179,3 hektar sahədə çəltik əkini aparılıb. Orta məhsuldarlıq 35-40 sentnerə çatıb. “Masallı Nemətləri” MMC tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş sutkalıq gücü 20 ton olan çəltik emalı zavodu istifadəyə verilib. Dövlətimizin başçısı 2018-ci il sentyabrın 18-də Masallıya növbəti səfəri zamanı zavodun açılışında iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov aqrar biznes festivallarının ənənəvi xarakter aldığını, artıq 9-cu festivalın keçirildiyini vurğulayaraq fermerlərin yeni texnologiyalar və innovativ yanaşmalarla tanışlığı baxımından tədbirin əhəmiyyətindən söhbət açdı. Festivalın kənd təsərrüfatı məhsulları istehsalçılarını və istehlakçılarını bir araya gətirdiyini, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaratdığını bildirdi.

Milli Məclisin deputatı Məşhur Məmmədov festival çərçivəsində aqrar məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlərin, bank və kredit təşkilatlarının, həmçinin dövlət qurumlarının fermerlərlə birbaşa ünsiyyət quraraq onların ehtiyaclarını öyrəndiklərini, yeni əməkdaşlıq imkanları yarandığını qeyd etdi, festivalın rayonun kənd təsərrüfatının inkişafında əhəmiyyətindən danışdı.

Milli Məclisin deputatı Cavanşir Paşazadə bölgələrdə təşkil olunan festivalların aqrar sahədə çalışan fermerlər və sahibkarlar üçün öz məhsullarını nümayiş etdirmək, yeni satış ünvanları tapmaq və təcrübə mübadiləsi aparmaq baxımından gözəl bir platformaya çevrildiyini bildirdi.

“Okean Pro” MMC-nin təsisçisi Elxan Qubadov, Mahmudavar kənd sakini “Baba bulağı” MMC-nin rəhbəri Zəmanə Babayeva-Cəfərzadə və Qızılağac kəndindən fermer Anar Abbasov çəltikçiliyin rayonun iqtisadiyyatında önəmli yer tutduğunu, festivalın çəltik və düyü istehsalına stimul verəcəyini bildirdilər.

Festivalda rayonda çəltikçilik sahəsində görülən işlər və bu sahənin potensialı geniş təqdim olundu. Özəl aqrar şirkətlər tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgiləndi. Həmçinin, mövsümün növbəti beşinci toxum sərgi-satış yarmarkası keçirildi. Fermerlərin rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə müxtəlif çeşiddə toxum nümunələri nümayiş olundu.

Fermerlərə toxum, gübrə və pestisidlər, kənd təsərrüfatı texnikaları, müasir suvarma texnologiyaları və əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi barədə ətraflı məlumat verildi.

Festival rayonun mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı ilə yekunlaşdı.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri