Icma.az
close
up
RU
Masazır gölünə çirkab suları axıdanlar CƏRİMƏLƏNƏCƏK Rəsmi AÇIQLAMA

Masazır gölünə çirkab suları axıdanlar CƏRİMƏLƏNƏCƏK Rəsmi AÇIQLAMA

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Masazır gölü – Azərbaycanın ən qədim və duzla zəngin təbii sərvətlərindən biridir. Amma bu sərvətə kanalizasiya suları axıdılır. Yəni süfrələrimizə qədər gələn duzun “mənbəyi” indi çirkab suların axdığı bataqlıq halına salınıb.
Bu isə əhalinin sağlamlığı üçün böyük təhlükə yaradır
Duz gölünə tullantı sularının axıdılması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bizim.Media-nın sorğusunu cavablandırıb.
Qurumdan bildirildi ki, duz gölünə tullantı suları axıdan vətəndaşlar cərimələnəcəklər:
 

MÖVZU İLƏ BAĞLI:
Masazır gölündə ANTİSANİTAR VƏZİYYƏT – “Azərsun”un istehsal etdiyi duzla bağlı QORXUNC TƏHLÜKƏ


“Masazır gölünün ətrafında xeyli sayda əhali qeyri-qanuni olaraq məskunlaşıb. Həmin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatının mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Lakin əhalinin qanunsuz olaraq çirkab sularının Masazır gölünə axıdılmasının qarşısını almaq üçün göl ətrafında 2 yerdə nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə çirkab sular Novxanı kollektoruna ordan da Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına ötürülür.
Sözügedən çirkab su axıntısı isə Masazır gölündən aralı və səviyyəcə hündür olan təbii göldən gələn sudur. Həmin gölün də ətrafında qeyri-qanuni məskunlaşan əhali çirkab sularını qanunsuz olaraq gölə axıdırlar. Həmin gölün də səviyyəsi əhalinin qanunsuz olaraq axıtdığı çirkab suların hesabına artaraq Masazır gölünə tökülür.
Mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir”.
Məlumatda qeyd olunur ki, əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.
Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Qeyd edək ki, göl uzun illərdir “Azərsun Holdinq” MMC-yə icarəyə verilib və şirkətin burada duz zavodu fəaliyyət göstərir.
Alçina Amilqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri