Masazır sakinlərinin yol problemi ilə bağlı açıqlama Video + Yenilənib
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Abşeron Rayon İcra Hakimiyyəti masazır sakinlərinin şikayərinə reaksiya verib.
"Qeyd edirik ki, sakinlərin ünvanladığı çoxsayılı vətəndaş müraciətlərini nəzərə alaraq cari ildə Abşeron RİH tərəfindən Masazır kəndinin şəhid Əsəd Əsədov, Seyid Əzim Şirvani, Şəfiqə Heybətova, Abşeron və Şəfiqə Axundova küçəsində asfaltlanma işləri aparılmış, ilin sonuna kimi isə Ziya Bünyadov küçəsində asfaltlanma işlərinin aparılması nəzərdə tutulmuşdur.
Həmçinin bildiririk ki, qəsəbədaxili daxili küçələr bələdiyyələrin balansında olduğundan həmin yolların saxlanılması, cari təmiri və abadlaşdırılması işləri yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə daxildir. Bələdiyyələrin büdcələri sakinlər tərəfindən ödənilən yerli vergilər hesabına formalaşdığından yeni küçələrin asfaltlanması və əsaslı təmiri maliyyə imkanları çərçivəsində mərhələli şəkildə həyata keçirilir", - açıqlamada qeyd olunur.
***04.04.2026, saat 14:48
Masazır qəsəbəsinin sakinləri yolların yararsız vəziyyətdə olmasından şikayətçidirlər.
Qəsəbə sakinlərinin Yeniavaz.com-a təqdim etdikləri görüntülərdə mövcud vəziyyət öz əksini tapıb.
Sakinlərin hazırlayıb və səsləndirdikləri videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:Masazır sakinlərinin YOL PROBLEMİ: “Belə yaşayış olar?!“ VİDEO
13 Avqust 2026 22:32
Masazır sakinlərinin yol dərdi... Video
04 Aprel 2026 14:54
Masazır sakinlərinin avtobus problemi HƏLL OLUNDU ŞAD XƏBƏR
17 İyul 2026 15:36
Masazır sakinlərinin yol problemi: Kanalizasiya suları asfalt örtüyünü də yuyub
05 Dekabr 2024 16:53
Masazır sakinlərinin həll edilməyən YOL PROBLEMİ: Uşaqları məktəbə apara bilmirik
07 Yanvar 2025 13:16
Baxış sayı:164
Bu xəbər 13 Aprel 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















