Masazırda 11 yaşlı qız zorakılığa məruz qalıb? RƏSMİ KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Əsmir adlı uşağın zorakılığa məruz qalması ilə bağlı sosial mediada yayılan xəbərə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma aparılıb, təxirəsalınmaz tədbirlər görülüb.
KONKRET.az bildirir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli deyib.
O bildirib ki, aparılan araşdırma nəticəsində uşağa qarşı törədilən zorakılıq əməlinə dair məlumat öz təsdiqini tapmayıb.
“Belə ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən 2014-cü il təvəllüdlü (11 yaş) olduğu müəyyən edilən Əsmirin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Uşağın doğum haqqında şəhadətnaməsi olsa da şəxsiyyətini təsdiq edən sənəd yoxdur və bu səbəbdən də uşaq təhsildən yayındırılıb. Onun təhsilə cəlb olunması və şəxsiyyət vəsiqəsi ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir”, – B.Həsənli qeyd edib.
Qeyd edək ki, sosial mediada yayılan xəbərlərdə Əsmirin anası və digər şəxslər tərəfindən zorakılığa məruz qaldığı iddia olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 06 Avqust 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















