Masazırda AİLƏ DRAMI: Arvad ərini öldürdü Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeronda arvad ərini öldürüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisindəki evlərdən birində arvad ərini bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Lent.az-a bildirib ki, qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

