“Masdar” Azərbaycanda ofşor külək enerjisi, yaşıl hidrogen və enerji saxlama sistemlərini araşdırır
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan “Masdar” Azərbaycanda “yaşıl enerji”yə keçidin əsas istiqamətləri – ofşor (dənizdə) külək enerjisi, “yaşıl hidrogen” istehsalı və akkumulyator enerji saxlama sistemlərinin inkişafı üzrə aktiv tədqiqatlar aparır.
525.az xəbər verir ki, bu barədə “Masdar Azerbaijan”ın direktoru Murad Sadıxov Bakıda keçirilən “Daha ‘yaşıl’ gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
“Biz hazırda ofşor külək enerjisi, ‘yaşıl hidrogen’ və enerji saxlama sistemləri sahəsində tədqiqatları davam etdiririk. Naxçıvanda fəaliyyət göstərən törəmə şirkətlərimizdən biri elektrik şəbəkəsinin idarə olunması və akkumulyator texnologiyalarını əhatə edən kompleks araşdırma aparıb. Eyni zamanda, ölkənin müxtəlif bölgələrində də oxşar tədqiqatlar həyata keçirmişik. Bu isə bizə Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının artmasının təsirlərini qiymətləndirməyə imkan verir”, - deyə o bildirib.
M. Sadıxovun sözlərinə görə, Azərbaycan artıq “yaşıl enerji”nin inkişafından nəzərəçarpacaq iqtisadi fayda əldə etməyə başlayıb: “Biz gələcəyə nikbin baxırıq. Bu prosesdə iştirak edən bütün tərəflərin birgə səyləri nəticəsində Azərbaycan daha dayanıqlı enerji gələcəyinə doğru inamla irəliləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 Aprel 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















