Icma.az
close
up
RU
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər

Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bu ilin iyul ayında Azərbaycan avtomobil bazarında elan qiymətlərinin medianı 17 min manat təşkil edib.
Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) Avtosfer.az-a daxil olan məlumata görə, iyun ayı ilə müqayisədə 900 manat və ya 5 % azalma qeydə alınsa da, AQP avtomobil qiymət indeksinin təhlili bu dəyişikliklərin əsasən bazarın təklif strukturunun yenilənməsi ilə bağlı olduğunu göstərir.
AQP-nin dəyişən struktur üzrə hesablanan indeksi iyulda 98,3, iyunda isə 103,5 səviyyəsində olub. Lakin marka və modellərin bazardakı çəkisi sabit saxlanıldıqda indeks 103,1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103,3 təşkil edib. Bu nəticə real qiymət dəyişməsinin cəmi 0,2-0,4 % intervalında olduğunu göstərir. Beləliklə, iyul ayında avtomobillərin kütləvi ucuzlaşması müşahidə edilməyib.
Təhlilə əsasən, iyulda ümumi təklifdə aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium avtomobillərin payı isə azalıb. Məhz bu struktur dəyişikliyi xam median qiyməti aşağı çəkib. Sabit struktur üzrə hesablamalar isə bazarda qiymətlərin əsasən dəyişməz qaldığını göstərir.
AQP-nin iyul ayı üzrə hedonik qiymət modeli 25 mindən artıq müşahidə və bazarda ən aktiv 120 marka-model əsasında qurulub. Model avtomobilin yaşı, yürüşü, marka və modeli, mühərrik göstəriciləri, transmissiyası, ötürücü sistemi, ban növü və texniki vəziyyəti kimi amillərin qiymətə təsirini ayrıca qiymətləndirib. Modelin izahetmə qabiliyyəti 93,3 % təşkil edib.
Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir. Əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6,1 % azaldır. Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0,0256 % aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1,27 % təşkil edir.
Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6,3 % aşağı qiymətləndirilir.
Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5,2 %-dir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 % qiymətləndirilir. Bunun 15,8 %-nin təmir xərci ekvivalenti, 5,2 %-nin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.
Məsələn, qəzasız bazar dəyəri 25 min manat olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5,2 min manat ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır.
Ümumilikdə, iyul ayında Azərbaycan avtomobil bazarında müşahidə olunan 5 %-lik median azalması real bazar ucuzlaşmasından daha çox təklif strukturunun dəyişməsi ilə izah olunur. Eyni model və buraxılış ili üzrə qiymətlərin cəmi 0,2 %, sabit model çəkiləri üzrə isə 0,4 % azalması bazarda kəskin qiymət enməsinin olmadığını təsdiqləyir.
Xatırladaq ki, AQP hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri