Icma.az
close
up
RU
Maşın güzgüləri makiyaj üçün deyil, arxadakı nəqliyyat vasitəsinin hərəkətini görmək üçündür Video

Maşın güzgüləri makiyaj üçün deyil, arxadakı nəqliyyat vasitəsinin hərəkətini görmək üçündür Video

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sürücülük təhlükəsizliyinin əvəzedilməz hissəsi hesab edilən arxa görünüş güzgüsü bu gün bir çox avtomobil texnologiyaları tərəfindən dəstəklənir və inkişaf etdirilir. Əslində 1911-ci ildə icad edilən arxa görünüş güzgüsü 1960-cı illərə qədər yollarda çox görülməyən bir avtomobil hissəsi idi. Hətta zəruri belə sayılmırdı.

"Arxa görünüş güzgüsü" əslində avtomobildəki bütün daxili və xarici güzgüləri əhatə edən bir anlayışdır. Yan güzgülər texniki olaraq arxa görüntü güzgüləri hesab olunur. Bu güzgülər yol hərəkətində manevr köməkçisi kimi çıxış edərək, sürücüyə arxada və yanda olan piyadaları və nəqliyyat vasitələrini görməyə imkan verir, eyni zamanda zolaqların dəyişdirilməsini, ötməni və ya ən kiçik manevri belə asanlaşdırır.

Mərkəzi arxa görünüş güzgüləri arxadan gələn avtomobillə aranızdakı məsafəni idarə etmək üçün istifadə olunur. Arxa görüntü kamerası olmayan avtomobillərdə sürücüyə əks manevrlərdə kömək edir. Sağ və sol arxa görünüş güzgüləri sürücülərə kəsişmələrdə, dönmə zamanı və zolaq dəyişdirərkən yol şəraiti haqqında məlumat verir. Bu, sürücüyə ətrafdakı avtomobili və piyadaların hərəkətini idarə etməyə kömək edir.

Bugünkü zolaq saxlama, öz-özünə dumanlama və avtomatik qaralma arxa görünüş güzgülərinin tarixi 1911-ci ildə Indy 500 yarışına gedib çıxır.

Daha böyük və daha az texnoloji cəhətdən inkişaf etmiş ilk arxa görüntü güzgüsü Yarış pilotu Rey Harroun tərəfindən 1911-ci ildə İndianapolis yarışında istifadə etdiyi Marmon Wasp-ın kapotuna quraşdırılıb və o bunun sayəsində yarışı qazandı. Arxa görünüş güzgüsü sayəsində Harroun ikinci komanda üzvünə ehtiyac duymadı, əhəmiyyətli çəki faktorundan qurtulub və daha yüksək sürətlərə çata bildi.

Yarışlarda arxa görünüş güzgülərinin üstünlüyü dəfələrlə sübut olunduğu üçün onların istifadəsi artdı və 1921-ci ildə mühəndis Elmer Berqer "Cop-Stopper" qapı güzgüsü üçün patent almaq üçün müraciət etdi. Amma bundan sonra da bir müddət arxa görünüş güzgüləri bir müddət daha istəyə bağlı hissələr olaraq qalmağa davam etdi. 1960-cı illərdə Amerika və Avropada bir-birinin ardınca çıxarılan avtomobil qanunlarına qədər. 1960-cı illərdən sonra məcburi hala gətirilən arxa görünüş güzgüləri bütün dünyada sürətlə yayıldı və sürücülük təhlükəsizliyi üçün mütləq qanuni qaydalara tabe oldu.

Bu gün Bakı küçələrində güzgülərə baxmadan avtomobil idarə edən sürücülər kifayət qədəridir. Unutmamaq lazımdır ki, bu güzgülərə ehtiyac olmasayadı, onlar quraşdırılmaz və ya qaydalarla tənzimlənməzdi.

Arada güzgüyə baxın. Makiyaj və yaxud özünüz üçün deyil, arxadakı avtomobillərin hərəkətini və sizinlə məsafəsini görmək üçün...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri