Maşın oğrusu onu tez saxlayan polislərə təşəkkür etdi
Icma.az bildirir, Lent az portalına istinadən.
Rusiyanın Vladimir şəhərində Dövlət Yol Polisi əməkdaşları “Niva” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 24 yaşlı yerli sakini isti izlərlə saxlayıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avtomobil sahibinin nəqliyyat vasitəsini nəzarətsiz qoymasından sonra baş verib. Üstəlik, avtomobilin açarı da üzərində qalıb.
Avtomobil sahibi maşının yoxa çıxması barədə polisə məlumat verib. Bir neçə saat sonra yol-patrul xidməti əməkdaşları axtarışda olan avtomobilin təsvirinə uyğun “Niva”nı saxlayıblar. Sükan arxasında olan şəxsin xarici əlamətlərinə görə sərxoş vəziyyətdə olduğu müəyyən edilib.
Yoxlama zamanı 24 yaşlı gəncin sürücülük vəsiqəsinin də olmadığı üzə çıxıb. Dindirilmə zamanı saxlanılan şəxs əməli alkoqolun təsiri altında törətdiyini bildirib. Onun sözlərinə görə, küçədə qapısı açıq avtomobil görüb və həmin maşınla gəzmək qərarına gəlib.
“Yaxşı ki, yol polisi əməkdaşları məni tez tapıb saxladılar. Heç kimi vurmadım, maşını da əzmədim”, – deyə saxlanılan şəxs polis əməkdaşlarına bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Sentyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















