Maşında 2 saat yatdı qaldı, kor oldu
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Sakarya şəhərində avtomobilinin oturacaqlarını təmizlədikdən sonra maşının içində yuxuya gedən 45 yaşlı Yasin Kurtun həyatı tamamilə dəyişib.
Demokrat.az xəbər verir ki, kimyəvi buxar və karbonmonoksit qazından zəhərlənən şəxs həkimlərin “yaşamaz” dediyi ağır vəziyyətdən sağ çıxsa da, görmə qabiliyyətinin böyük hissəsini itirib.
Hadisə 2024-cü ilin noyabr ayında baş verib. Daha əvvəl Qaziantepdə marketinq rəhbəri kimi çalışan və 300 əməkdaşı idarə edən Yasin Kurt şirkətin müflis olmasından sonra ailəsi ilə birlikdə Sakaryaya köçüb.
Həmin gün avtomobilinin oturacaqlarını təmizləyən Kurt yağış başladığı üçün maşının içində gözləməyə qərar verib. Oturacaqların tez quruması üçün mühərriki işə salaraq salonun qızdırıcısını aktivləşdirib.
Daha sonra isə avtomobilin içində yuxuya gedib.
Təxminən iki saat işlək vəziyyətdə qalan avtomobildə kimyəvi maddələrin buxarı və ehtimal olunan egzoz qazı salonu doldurub. O dövrdə qan dəyərlərində də ciddi problem olduğunu bildirən Kurt zəhərli qazlardan təsirlənib.

Bu mövzuda digər xəbərlər:Maşında yatdı, telefonu oğurlandı
05 May 2026 12:41
2 yaşlı körpənin əli ətçəkən maşında qaldı Foto
07 Oktyabr 2025 16:47
Bakıda qəza: Yeniyetmə maşında sıxılı qaldı Video
12 Avqust 2025 15:19
Xaçmazda qəza: sürücü maşında sıxılı qaldı Video
18 Avqust 2025 12:29
Füzulidə FACİƏ: Əmisi ilə birgə maşında yatdı və...
15 Yanvar 2026 17:26
Baxış sayı:110
Bu xəbər 28 May 2026 06:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları