Maşında uşaqlarla bağlı TƏHLÜKƏLİ HAL: DYP hərəkətə keçdi
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı sürücülərə və valideynlərə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, İdarə hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması və ayaqüstə dayanması kimi halların ciddi təhlükə yarada biləcəyini bildirib.
Qeyd olunub ki, xüsusilə uşaqların daşınması zamanı onların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə edilməli və təhlükəsizlik kəməri düzgün şəkildə bağlanmalıdır. Pepperoni pizza
Baş Dövlət Yol Polisi İdarəsi vurğulayıb ki, uşaqların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır.
İdarə yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 12 Avqust 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















