Icma.az
close
up
RU
Uşaqlarla bağlı SOS! Siqaret qədər təhlükəli çipslər

Uşaqlarla bağlı SOS! Siqaret qədər təhlükəli çipslər

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Davamlı çipsi yeyən uşaqlarda hansı problemlər yaranır?
“Marketdən gələndə uşağa mütləq çipsi al”. Bu, daha çox babalara nənələr tərəfindən verilən tapşırıqlardır. Çoxlarına elə gəlir ki, uşağa çipsi almaq onu mükafatlandırmaqdır. Əslində isə…

Bu günədək aparılan araşdırmalar artıq sübut edib ki, azyaşlı və yeniyetmələrin çipsi asılılığı nələrə gətirə bilər. Bu da faktlar.

Dünyaca məşhur “Ruffles Sabor a Jamon Crisps” markasının populyar məhsulu həyati təhlükə riski daşıdığı üçün təcili şəkildə geri çağırılıb. Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) məhsulun etiketində allergiya yaradan maddələrin düzgün qeyd olunmaması səbəbindən ciddi xəbərdarlıq edib. Məlum olub ki, 3D Trading şirkəti tərəfindən satılan bu çipsilər süd və soya tərkibli olsa da, qablaşdırmada bu barədə məlumat qeyd edilməyib. Bu isə süd və ya soya allergiyası olan şəxslər üçün ciddi sağlamlıq riski yaradır. Mütəxəssislər həmin insanların bu məhsulu qətiyyən istehlak etməməsini tövsiyə ediblər. Allergik reaksiyalar yüngül qızartılardan həyati təhlükəli anafilaksiyaya qədər dəyişə bilər. Ciddi simptomlar arasında boğazın, dilin və tənəffüs yollarının şişməsi, nəfəs almaqda çətinlik, başgicəllənmə, özündən getmə hissi və huş itkisi yer alır.

Gündə ikicə paket çipsi yeyən uşaqlar…

Dünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Lakin gündə 2 paket çipsi yeyən uşaq bu nisbətləri həddən çox aşır. Ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazım olduğu təqdirdə, 100 qramlıq paket kartof cipsisində 25-33 qram arasında yağ var. Odur ki, bəzi ölkələrdə çipsi siqaret qədər təhlükəli hesab olunur və satışı qadağan edilib.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə çipsilərə qarşı aksiya kampaniyalarına start verilib. Belə ki, çipsilər toplanılaraq ocaq formasında yandırılır. Məhsulun bir neçə saniyə ərzində alışması da şəbəkə istifadəçilərində çaşqınlıq yaradıb.

Qablaşdırılmış qida istehlakının son illərdə sürətlə artması ilə, tərkibində qatqılar olan məhsulların başda piylənmə olmaqla bir çox xəstəliyə yol açdığı bildirilir. Mütəxəssislər uşaq və gənclərin tez-tez yediyi çipsi kimi qablaşdırılmış qidaların zərərlərinə də diqqət çəkiblər. Daxili xəstəliklər üzrə həkim-mütəxəssis Derya Arğun emala məruz qalmış qidaların istehlakının yaratdığı problemlər haqqında da məlumat verib:

“Xüsusilə böyümə və inkişaf dövründə olan uşaqlarda çipsi istehlakı olduqca geniş yayılıb. Bu uşaqların daimi olaraq çipsi yeməsi həm onların inkişafına mənfi təsir edir, həm də gələcəkdə piylənməyə səbəb olur. Nəhayət, çipsi dediyimiz şey xalis formada yağdan ibarətdir. Bir il mütəmadi olaraq çipsi yeyən uşaq təxminən doqquz kilo çəki alır. Çipsi istehlakı diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və insult kimi xəstəliklərin riskini artırır. Tədqiqatlar göstərir ki, sonsuzluğun demensiya və Altsheymerlə güclü əlaqəsi var. Bu səbəbdən uşaq vaxtından çipsi yemək yetkinlik dövründə ciddi xəstəliklərə səbəb ola bilər”.

Çipsi niyə asılılıq yaradır?

Həkim-mütəxəssisin sözlərinə görə, çipsilərin tərkibində çoxlu karbohidrat olduğu üçün yeyildikdə qanda şəkərin səviyyəsinin qəfil yüksəlməsinə, sonra isə azalmasına gətirə bilər: “Bu azalmaya hipoqlikemiya deyilir. Bu hal təkrarlanan aclıq hissi yaradır və insanın daim yemək istəməsinə səbəb olur. Valideynlərə demək istəyirəm ki, əgər uşaqlarının gələcəkdə metabolik xəstəliklər, şəkərli diabet, təzyiq, ürək-damar xəstəlikləri, demensiya kimi problemlərlə üzləşməsini istəmirlərsə, mütləq olaraq onları çipsidən uzaq tutmalıdırlar. Marketdən paketləşdirilmiş çipsi almaq əvəzinə, özləri sağlam qəlyanaltılar hazırlaya bilərlər”.

Həkimlər həmçinin bildirir ki, piylənmə dövrümüzün xəstəliyidir, sadəcə, çipsi deyil, gündəlik qablaşdırılmış digər qida və fas-food istehlakının sıx olduğu ölkələrdə gələcəkdə daha böyük problemlərə səbəb olacaq. Bu səbəbdən həm uşaqlıqda qidalanma vərdişlərinin tənzimlənməsi, həm də sonrakı yaşlarda böyüklər üçün sağlam qəlyanaltıların seçilməsi piylənməyə keçidi dayandırır. Ən azı onu minimuma endirir.

Zərərli bir maddəni nə qədər uzun müddət istifadə etsək, gələcəkdə qarşılaşacağımız zərər bir o qədər çox olar. Onların tərkibində akrilamid dediyimiz kimyəvi maddə var. Bu, xüsusilə plastik sənayesində və siqaretdə tapılan ən zərərli kimyəvi maddələrdən biridir. Uzun müddət buna məruz qalan uşaqlarda gələcəkdə xərçəng, damar və iltihab xəstəliklərinə tutulma riski kifayət qədər yüksəkdir. Heç bir valideyn övladının zərər görməsini istəməz və bilsəydilər ki, bu, uzun müddətdə bu qədər problem yarada biləcək bir maddədir, övladlarına onu yeməyə qoymazlar.

Qablaşdırılmış qidanı nə ilə əvəzləmək olar?

Qablaşdırılmış qidalar yerinə evdə sağlam qəlyanaltı məhsulları hazırlana bilər. Dietoloq Ayça Sena Yılmaz deyir: “Görürəm ki, xüsusilə son vaxtlar uşaqlarda çipsi istehlakı xeyli artıb. Çipsilərdə çoxlu duz və monosodyum glutamat var. Bu, diabet riskini artıra bilər. Uşaqların bu məhsula çox asan çıxışı olduğundan, əslində bir-birilərinə təklif edərək yavaş-yavaş başlayırlar. İstəsələr, evdə kartofun qabığını nazik şəkildə soyaraq sobada kartof cipsiləri hazırlaya bilərlər. Qablaşdırılmış məhsullardan istifadə etməkdənsə, “bax bu məhsulları evdə də hazırlaya bilərik” deyərək, uşaqla birlikdə hazırlayaraq qidalanma təşviq edilməlidir.

Yetkinlər üçün arıqlamaq və kökəlmək daha asandır, amma uşaqların maddələr mübadiləsini tənzimləmək bir az çətindir. Gördüklərinin ləzzətli olduğuna inanaraq, “Dostum yeyir, mən niyə yemirəm” düşüncəsi ilə bunu yeyən uşaqlarda böyük yaşlarda piylənmə artır. Uşaqlar günə mütləq səhər yeməyi ilə başlamalı, məktəbə gələndə çantalarında qəlyanaltı olmalıdır. Tərkibində yüksək trans yağ olduğu üçün dərinin qocalmasına səbəb ola bilər. Eyni şəkildə, tərkibində qan şəkərini artıran, xolesterin əmələ gətirən və ürək-damar sistemi risklərini artıran şəkər var”.

musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Aprel 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri