Maşını ikinci xətdə saxlayan sürücüyə motokuryer etiraz etdi; dava düşdü ANBAAN VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtda nəqliyyatın hərəkətinə maneə yaradan daha bir sürücü davranışı hadisə şahidlərini təəccübləndirib.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində avtomobilini yolun ortasında saxlayan sürücü ona etiraz edən motosiklet sürücüsünün üstünə qışqırıb. “Sənin yolunda saxlamamışam ki” deyərək özünə haqq qazandırmağa çalışıb. Kadrlardan görünür ki, avtomobil işıqfora yaxın bir nöqtədə, hərəkətin ən sıx olduğu hissədə ikinci xətdə dayanıb və digər sürücülərin yoluna ciddi maneə yaradıb.
Motosiklet sürücüsü vəziyyətin təhlükə yaratdığını və yolun ortasında dayanmağın qanunla qadağan olunduğunu bildirərək sürücüyə irad tutub. Lakin avtomobil sahibi bunu qəbul etməyib və mübahisə yaranıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 27 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















