Maşını pulsuz necə park etmək olar? Rəsmi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir. Lakin avtomobilini ödənişli park edənlərlə yanaşı, bu xidmətə görə pul verməkdən azad olan vətəndaşlar da var. Bəzi vətəndaşların hələ də bundan xəbər yoxdur.
Parklanma talonu kimlərə verilir?
Axar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq, avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.
"Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər", - qurumdan məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















