Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Maşınımızı harada saxlayaq? Evin qabağında da CƏRİMƏ

Maşınımızı harada saxlayaq? Evin qabağında da CƏRİMƏ

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Son vaxtlar şəhərdə parklanma ilə bağlı tətbiq olunan cərimələr cəmiyyətdə ciddi müzakirə yaradıb. İnsanlar marketdən çörək, aptekdən dərman almaq üçün maşını bir neçə dəqiqəlik saxlayır, qayıdanda isə cərimə ilə qarşılaşır.

Daha da qəribəsi odur ki, bəzi hallarda vətəndaşlar öz şəxsi evlərinin qarşısında və ya binalar arasındakı boş sahələrdə avtomobil saxladıqda belə cərimə ilə üzləşirlər.

Şəhərdə dayanacaq problemi həll olunmadan hər boş sahənin qadağa zonasına çevrilməsi sürücülər üçün vəziyyəti daha da çətinləşdirir. Binalar tikilərkən kifayət qədər parklanma sahəsi nəzərdə tutulmur, həyətlər sonradan müxtəlif obyektlərlə doldurulur, nəticədə sakinlər avtomobili qoymağa yer tapmırlar. Daha sonra isə həmin sakinlər “qanunsuz park” adı ilə cərimələnirlər.

Belə olan halda maşını harada saxlayaq?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, çoxmənzilli binanın həyəti birbaşa orada yaşayan sakinlərə məxsusdur:

“Həmin məhəllədə yaşayan insanlar səs çoxluğu ilə qərar versələr, öz həyətlərinə şlaqbaum qura və avtomobillərini saxlaya bilərlər. Hətta məhəllənin daxilində hər hansı kommersiya obyekti varsa, sakinlər səsvermə yolu ilə həmin obyektin oradan çıxarılmasını da tələb edə bilərlər. Dediklərimin hamısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsində qeyd olunub. Mənzil Məcəlləsi çoxmənzilli binanın sakinlərinə öz həyətlərində olan məsələləri özlərinə uyğun şəkildə həll etmək imkanı verir. Məhəllədə maşın saxlanmasına gəlincə, sakinlərin həyətə sərbəst girib-çıxması təmin olunmalıdır. Yaşayış məhəlləsinin içərisində kommersiya obyektləri, klinikalar, pablar, alış-veriş məkanları açılır. Həmin obyektlərə gələnlər və orada işləyənlər maşınlarını məhəllədə saxlayırlar. Bu isə sakinlərin hərəkətinə mane olur. Hətta polis maşını, yanğınsöndürən və təcili tibbi yardım kimi operativ nəqliyyat vasitələrinin həyətə girib manevr etməsinə də problem yaranır. Bunlar şəhərsalma sahəsindəki nöqsanların nəticəsidir. Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yeri olmalıdır. Əgər obyekt tikilirsə, onun parklanma sahəsi də təşkil edilməlidir. Amma çox təəssüf ki, bu qaydalara əməl olunmur. Nəticədə əziyyəti sakinlər çəkir”.

Ekspert deyib ki, əgər vətəndaşa cərimə yazılırsa, orada yalnız İnzibati Xətalar Məcəlləsinə əsasən cərimənin məbləği yox, həm də “Yol hərəkəti haqqında” qanunun hansı maddəsinin pozulduğu da göstərilməlidir. Vətəndaş bilməlidir ki, avtomobili hansı səbəbə görə cərimələnib və hansı qaydanı pozub:

“Bəzi hallarda vətəndaşlar müraciət edirlər ki, cərimədə yalnız İnzibati Xətalar Məcəlləsinin maddəsi göstərilir, amma “Yol hərəkəti haqqında” qanunun hansı maddəsinin pozulduğu qeyd olunmur. Belə hallar da var. Ümid edirəm ki, bunlar da tədricən düzələr. “Yol hərəkəti haqqında” qanunda dayanma və durmanı qadağan edən maddələr var. Orada göstərilir ki, hansı hallarda avtomobili saxlamaq və park etmək olmaz. Hər yerdə mütləq “dayanma-durma qadağandır” nişanı qoyulmalıdır deyə bir tələb yoxdur. Məsələn, körpünün üzərində və ya tuneldə avtomobili park etmək olmaz. Bunun üçün ayrıca nişana ehtiyac yoxdur. Yaxud yolun hərəkət hissəsində avtomobil saxlanarkən digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranırsa, yenə də orada maşın saxlamaq olmaz. Belə yerlərdə də ayrıca nişan qoyulmasına ehtiyac yoxdur. Elə yerlər də var, orada xüsusi nişan qoyulur və göstərilir ki, burada avtomobil saxlamaq olmaz. Əgər nişan varsa, deməli, orada dayanmaq qadağandır. İstər bir dəqiqəlik, istərsə də 30 saniyəlik dayanma olsun, yenə də qayda pozuntusu sayılır”.

Eldəniz Cəfərov qeyd edib ki, paytaxtda mini dayanacaq məntəqələri yaradılıb. Bu məntəqələr yalnız taksilər üçün deyil, digər sürücülər üçün də nəzərdə tutulub. Sürücülər həmin yerlərdə qısa müddətlik dayanıb sərnişin düşürə və ya götürə bilərlər:

“Bununla belə, mən də əsassız cərimələrin əleyhinəyəm. Çünki əsassız cərimələr insanlarda belə bir fikir yaradır ki, qaydanı pozmasa da, cərimələnə bilər. Bu isə düzgün yanaşma deyil. Hər bir cəriməyə obyektiv baxılmalıdır. Məsələn, avtobus zolaqları ilə bağlı problemlər var. Bəzi hallarda sürücü qanunu pozmadan, qırıq xətlə avtobus zolağına daxil olub oranı tərk etsə də, yenə cərimə gəlir. Bu, düzgün deyil. Şərait elə qurulmalıdır ki, taksi sürücüsü qırıq xətdən avtobus zolağına daxil olub sərnişini mindirə və ya düşürə bilsin. Qanunun məqsədi də budur. Avtobus zolağı varsa, bu o demək deyil ki, ora heç kim daxil ola bilməz. İnsanların evinə, məhəlləsinə giriş-çıxışı olmalıdır. Kimsə evinə dönürsə və ya həyətindən çıxırsa, təbii ki, həmin zolaqdan istifadə etməli olur. Yaxşı olar ki, vətəndaşlarımız da qanunvericiliyi yaxından öyrənsinlər, yol hərəkəti qaydalarını yaxşı bilsinlər və qayda pozuntularına yol verməsinlər ki, belə cərimələr də yaranmasın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 May 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri