Icma.az
close
up
RU
Maşınından və evindən silah tapılan həkim həbs edilib İşini də itirib

Maşınından və evindən silah tapılan həkim həbs edilib İşini də itirib

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edilib. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, 49 yaşlı Elnur Həsənov bir neçə ay əvvəl “Fairmont” hoteldəki bərbərə gedərkən saxlanılıb.

Belə ki, həmin vaxt ölkədə COP29 layihəsi çərçivəsində Daxili Qoşunların əməkdaşları hotelin girişində onun avtomobilini yoxlayıblar. Həkimin avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança, yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşyalar tapılıb. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib və 9 ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, 4 ədəd ov silahı və “beşbarmaq” müəyyən edilib.

Elnur Həsənov ov həvəskarı olduğunu bildirib. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zaman tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyənləşib.

Qeyd edək ki, E.Həsənov həbs edildiyi gündən sonra uzun müddət getmədiyi üçün işdən azad edilib.

Həkim istintaq zamanı 5 aydan artıq həbsdə qalıb. Məhkəmə onu törətdiyi əməllərdə təqsirli bilib və barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb və həbsdən azad edilib. Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri