Icma.az
close
up
RU
Maşınları qəsdən ucuzlaşdırırlar, çünki... YENİ FIRILDAQ

Maşınları qəsdən ucuzlaşdırırlar, çünki... YENİ FIRILDAQ

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Avtomobil alarkən alıcıların qarşılaşdığı əsas məsələlərdən biri maşının real bazar dəyərini düzgün müəyyənləşdirməkdir. Bəzən eyni marka və modelə aid avtomobillər arasında ciddi qiymət fərqi olur və bu, alıcıların seçim etməsini çətinləşdirir.

Avtomobilin real bazar qiyməti necə müəyyən edilir, alıcılar maşının dəyərindən artıq pul ödəməmək üçün nələrə diqqət etməlidirlər və qiymətə ən çox hansı amillər təsir göstərir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, yeni avtomobillərin qiymətinin müəyyənləşdirilməsi qaydası bəllidir.

Onun sözlərinə görə, müvafiq xərclər hesablandıqdan sonra avtomobilin üzərinə müəyyən mənfəət marjası əlavə olunur:

"Azərbaycan reallığında ikinci əl avtomobillərin qiymətləri süni şəkildə artırılıb. Hətta 2024-cü ilin sonuna qədər də bu qiymət artımı müşahidə olunurdu. 2024-cü ilin sonlarından etibarən insanlar ikinci əl avtomobillərdən imtina edərək ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə hibrid və elektrik avtomobillərinə yönəlməyə başladılar. Güzəştlərdən istifadə etməklə yeni avtomobillər almaq daha sərfəli oldu. Həmin dövrdə, xüsusilə 2025-ci ildə ikinci əl avtomobillərin qiymətlərinin düşdüyü müşahidə olunurdu. Mən özüm də qeyd edirdim ki, 2025-ci ildə qiymətlər 2024-cü illə müqayisədə 45 faiz azalıb.

Əslində, bu, sadəcə qiymət azalması deyil, həmin avtomobillərin real dəyərinə uyğunlaşması idi. Yeni avtomobillər qiymət baxımından daha əlçatan olduqca ikinci əl avtomobillərə tələb azalır və onların qiymətləri də bazarın reallıqlarına uyğunlaşır.
Lakin 2026-cı ilin yanvarından ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin başa çatmasından sonra qiymətləri 45 faizə qədər aşağı düşmüş həmin avtomobillərin yenidən 30-35 faiz bahalaşdığını müşahidə etdik. Bu da bazarda müəyyən işbazların fəaliyyəti ilə əlaqədardır. Onlar vətəndaşlardan ikinci əl avtomobilləri bazar dəyərindən xeyli aşağı qiymətə alırlar. Məsələn, bazarda 20 min manata satılan avtomobili vətəndaşdan 14-15 min manata alır, müəyyən sayda avtomobil topladıqdan sonra isə həmin maşınları 18-20 min manata satışa çıxarırlar.
Bəllidir ki, onların da qazancı olmalıdır.

Amma reallıqlara baxsaq, Azərbaycanda ikinci əl avtomobillərin qiymətləri bahadır. Yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalına məhdudiyyət tətbiq edilir. Bu səbəbdən bəzi işbazlar həmin avtomobillərin artıq ölkəyə gətirilmədiyini əsas gətirərək onların qiymətlərini də artırırlar. Məsələn, 2013-cü il istehsalı olan avtomobillərin ölkəyə idxalına məhdudiyyət olduğuna görə bu tip avtomobillərin qiymətləri süni şəkildə yüksəldilir. Halbuki bazar şərtlərindən asılı olaraq, onların qiymətləri aşağı düşməlidir.

Bəs qiymətlər hansı halda aşağı düşə bilər? Ötən il müşahidə etdik ki, güzəştlərin tətbiq olunduğu dövrdə ikinci əl avtomobillərə tələb azaldı. Vətəndaşlar sərfəli şərtlərlə yeni avtomobillər almağa üstünlük verdilər. Təklif edirəm ki, daxili yanma mühərrikli, yəni ənənəvi avtomobillərin alınması üçün də sərfəli kredit şərtləri tətbiq olunsun. İlkin ödəniş 15-20 faiz civarında müəyyənləşdirilsin. Hazırda hibrid və elektrik avtomobillərinin alınması üçün müəyyən güzəştlər mövcuddur. Hibrid avtomobillər 20 faiz, elektrik avtomobilləri isə 10 faiz ilkin ödənişlə satılır.

Ənənəvi avtomobillər üçün də belə şərtlər tətbiq olunsa, kreditlərin aylıq ödənişləri münasib səviyyədə saxlanılsa və kredit müddəti uzadılsa, insanlar istismar müddətini başa vurmağa yaxınlaşan köhnə avtomobillər əvəzinə yeni avtomobillərə üstünlük verərlər. Belə olan halda, əlbəttə ki, ölkənin avtomobil parkı daha tez yenilənər və utilizasiya prosesi sürətlənər. Artıq utilizasiya proqramı çərçivəsində 39 mindən çox avtomobil təhvil verilib. Vətəndaşları yeni avtomobillər almağa təşviq edə bilsək, utilizasiya prosesi də daha sürətlə gedər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Oktyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri