Mask: Tariflərlə bağlı Trampa məsləhətlər vermişəm, yaxında...
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın baş müşaviri milyarder İlon Musk ABŞ və Avropanın gələcəkdə daha sıx və güclü tərəfdaşlıq quracağına və sıfır tariflərə keçəcəyinə ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Mask İtaliyanın hakim partiyası olan ifrat sağçı Liqa Partiyasının Florensiyada keçirilən ümumi qurultayında videobağlantı vasitəsilə iştirak edib.
Liqa Partiyasının lideri, Baş nazirin müavini və Nəqliyyat və İnfrastruktur naziri Matteo Salvini-nin cari məsələlərlə bağlı suallarını cavablandıran Mask, "Ümid edirəm ki, ABŞ və Avropa çox sıx tərəfdaşlıq qurmağı bacaracaq. Hazırda bir ittifaq var, amma ümid edirəm ki, bu, daha da yaxın və daha güclü olacaq. Gömrük tariflərinə gəlincə, bu, gömrük tariflərini gələcək üçün sıfıra köçürəcəyimizi düşünürəm. Bu prezidentə verdiyim məsləhət idi”-deyə, bildirib.
Gələcəkdə tariflərin sıfır olacağına ümid etdiyini vurğulayan Mask Avropa ilə Şimali Amerika arasında daha çox hərəkət azadlığının təmin edilməsi lazım olduğunu da bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Aprel 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















