Mask və əməkdaşları narkotik testindən keçiriləcəklər? ABŞ də qanun layihəsi irəli sürüldü
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-də Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mikki Şerrillin irəli sürdüyü qanun layihəsinə görə, milyarder İlon Mask və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşları adi müntəzəm narkotik testindən keçməyə məcbur edilə bilərlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin "Axios" portalı məlumat verib.
"Axios"un nüsxəsini əldə etdiyi qanun layihəsi xüsusi kateqoriyalı dövlət işçilərinin işə başlamazdan əvvəl narkotik testindən keçmələrini və təsadüfi narkotik test proqramında iştirak etmələrini tələb edir.
Narkotiklər üçün testlərin nəticələri müsbət çıxan istənilən şəxs ən azı bir il müddətinə federal xidmətdən kənarlaşdırılır.
"Hazırda ABŞ xalqını Prezident Donald Tramp administrasiyasının düşüncəsiz səriştəsizliyindən və milli təhlükəsizliyə açıq-aşkar etinasızlığından heç bir zaman olmadığı qədər qorumaq vacibdir", - deyə Mikki Şerill bildirib.
O qeyd edib ki, DOGE əməkdaşlarına da digər icra strukturlarının işçiləri kimi eyni standartlar tətbiq edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 02 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















