Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Maska rejimi qayıda bilər ƏHALİYƏ CİDDİ XƏBƏRDARLIQ

Maska rejimi qayıda bilər ƏHALİYƏ CİDDİ XƏBƏRDARLIQ

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə yeni koronavirus infeksiyası dalğası barədə xəbərdarlıq edib. Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb. Nazir müavini insanları maskalardan istifadə etməyə çağırıb. O, həmçinin ictimaiyyətin məlumatlandırılmasında medianı və məscidləri daha fəal rol oynamağa və ictimaiyyəti bu məsələyə ciddi yanaşmağa səsləyib.

Bu nə virusdur? Azərbaycana da adlaya bilərmi?

Bu arada, Ermənistanda kəskin respirator virus infeksiyalarına (ARVI) yoluxma hallarında artım qeydə alınıb. Bu ölkədə həmçinin A tipli qrip - H3N2 (“Honkonq qripi”), B tipli qrip və COVID-19 halları da qeydə alınıb. Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkədə kəskin respirator virus infeksiyaları arasında RS virusu (respirator sinsitial infeksiya), rinovirus və koronavirus (SARS-COV-2) geniş yayılıb. Qeyd edilib ki, koronavirusla bağlı vəziyyət stabilləşib. Oktyabrın 20-dən dekabrın 4-dək COVİD-19-a 165 yoluxma halı qeydə alınıb.

Digər bir xəbərdə isə bildirilir ki, Qrenlandiyanın buzlaqlarında təxminən 50 min il yaşı olan canlı viruslardan biri oyanmaq üzrədir. Viruslar dərin qatlarda deyil, buzlaqların səthində, mikroyosunlarla qarşılıqlı əlaqədə olduğu yerdə aşkar edilib. Bu yosunlar buzun əriməsinə səbəb olaraq, mikroblar üçün qida mühiti yaradır və buz örtüyünün dağılmasını sürətləndirir. Mütəxəssislərin xüsusi diqqətini Pandoravirus cəlb edib ki, bu da əridikdən sonra amöblərə yoluxa bilər. Onun ölçüsü bir mikrometrə çatır və genomu təxminən 2,5 milyon nukleotiddən ibarətdir ki, bu da onu Yerdə məlum olan ən böyük viruslardan birinə çevirir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiya xəbərdarlığı etmişdi. O, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini demişdi: “Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir”.

Onun sözlərinə görə, yeni bir pandemiya 20 il sonra və ya sabah da ola bilər: “Amma bu baş verəcək və hər halda, hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVİD-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv etdi”.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov  “Yeni Müsavat”a mövzu ilə bağlı fikrini bölüşüb: “Son vaxtlar müxtəlif ölkələrdə yeni viruslarla bağlı informasiyalar yayılır. Bu virusların böyük əksəriyyəti koronavirus ailəsinə aiddir və ştamların kökü kəsilməyib. Viruslar davam edir, mutasiyaya uğrayır və əlverişli şərait yarandıqda daha çox insanı yoluxdurur. Əgər xatırlasaq, bu il ərzində müxtəlif endemik sahələrdə virusa yoluxmaların artması barədə bir neçə dəfə siqnallar verilib”.

Həkimin fikrincə, artıq həm insanların, həm də hökumətlərin, tibb sahəsinin bu cür təhlükələrə qarşı həssaslığı artıb: "Xüsusilə də pandemiya dövründə yaşanan acı təcrübə cəmiyyətdə böyük bir təlaş və diqqət oyadıb. Artıq hər hansı bir infeksiya ocağı yaranan kimi, bu, ciddi təhlükə siqnalı kimi qəbul edilir. İrandan gələn xəbərlər də dediyimiz prosesin bir parçasıdır. Pandemiyalar tarix boyu ardıcıl təkrarlanmayıb. Bir neçə onillikdən bir baş verə bilər. Amma bu proseslərə qarşı cəmiyyətin yanaşması daha ehtiyatlı olmalıdır. Bu o demək deyil ki, səhlənkar yanaşmalıyıq. Cəmiyyətin və fərdlərin bu məsələlərə hazırlığı olduqca vacibdir. Artıq insanlar virusların yoluxma yolları və qorunma tədbirləri ilə bağlı daha məlumatlıdır. Tibbi kontingent və dövlət strukturları da bu istiqamətdə daha çevik davranmağa qadirdir. Bu gün bir çox insan maskadan istifadə, sosial məsafənin qorunması, şəxsi gigiyena tədbirlərinə əməl etməyin vacibliyini bilir".

Zülfüqar Yusifov həmçinin vurğulayır ki, insan orqanizmini mümkün qədər güclü saxlamaq üçün sağlam həyat tərzi olduqca vacibdir. İdman hərəkətləri, sağlam və balanslı qidalanma, düzgün yuxu rejimi - bütün bunlar immun sistemin gücləndirilməsi üçün əsas şərtlərdəndir. Xüsusilə fəsil dəyişmələri zamanı, orqanizmdə adaptasiya və readaptasiya prosesləri baş verdiyindən, bu dəstəklərə daha çox ehtiyac duyulur.

Zülfüqar Yusifovun fikrincə, hər bir fərd yoluxmamaq üçün əlindən gələn hər şeyi etməlidir. Eyni zamanda tibb orqanlarının verdiyi təlimatlar, göstərişlər və həyata keçirdikləri tədbirlər kompleks şəkildə düşünülərsə, yoluxmaların qarşısını almaq mümkündür: "Bu gün dünya olduqca dinamik bir mühitdə yaşayır. Ölkələrarası inteqrasiya, gediş-gəliş və beynəlxalq uçuşların intensivliyi nəticəsində istənilən bir regionda yaranan infeksiya ocağı qısa zamanda digər ölkələrə də yayıla bilər. Bu səbəbdən də, dünya ölkələri arasında qlobal əməkdaşlıq və birgə təşkilatların rolu daha da aktuallaşır. Belə qurumlar bu tip problemlərin qarşısının alınmasında mühüm rol oynamalıdır".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 May 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri