Maskdan sonra Apple şefi TRAMPIN HÜZURUNDA Onun istəkləri nədir?
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Apple" şirkətinin rəhbəri Tim Kuk Florida ştatındakı Mar-a-Laqo iqamətgahında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” anonim mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, görüş dekabrın 13-ü cümə günü baş tutub.
“Tim Kuk Trampla Mar-a-Laqoda görüşüb. Onlar iqamətgahın həyətində nahar ediblər”, - mənbələr nəşrə bildiriblər.
Qəzet qeyd edib ki, bu görüş Kuka gələcəkdə "Apple"ın biznesinə mənfi təsir göstərə biləcək bir neçə məsələdə Trampın dəstəyini qazanmaq imkanı verir. Xüsusilə, söhbət Avropa tənzimləyicilərinin "App Store"a təzyiqindən və ABŞ-da "iPhone" istehsalına təsir edə biləcək yeni tariflərin potensial tətbiqindən gedir.
Dekabrın əvvəlində Tim Kuk “Wired” jurnalına müsahibəsində bildirib ki, istifadəçilərin sağlamlığını və həyat keyfiyyətini yaxşılaşdırmaq korporasiyanın əsas məqsədidir. Onun sözlərinə görə, "Apple"ın cəmiyyətə verdiyi əsas töhfə səhiyyənin inkişafı olub.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 Dekabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















