Icma.az
close
up
RU
“Mastercard” qlobal stabilkoin imkanlarını genişləndirmək üçün BVNK nın satınalma prosesini tamamlayıb

“Mastercard” qlobal stabilkoin imkanlarını genişləndirmək üçün BVNK nın satınalma prosesini tamamlayıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu satınalma rəqəmsal aktivlər və ənənəvi ödəniş infrastrukturu arasında inteqrasiyanı gücləndirərək, geniş miqyasda təhlükəsiz və qarşılıqlı işlək dəyər mübadiləsini təmin edir.

 “Mastercard” BVNK şirkətinin satınalma prosesini tamamlayıb. Bununla şirkət fiat və rəqəmsal valyutalar arasında qarşılıqlı işləkliyi təmin etməklə, fərdi şəxslər və biznes subyektləri üçün dəyər mübadiləsi sahəsində daha geniş seçim imkanları yaratmağa yönəlmiş strategiyasını daha da gücləndirib. Qeyd edək ki, BVNK —ənənəvi maliyyə sistemləri ilə blokçeyn texnologiyasını birləşdirən qlobal B2B stabilkoin və rəqəmsal aktivlər infrastruktur şirkətidir. 

“Rəqəmsal valyutalar, xüsusilə stabilkoinlər, transsərhəd B2B ödənişləri, pul köçürmələri, vəsait ödənişləri, hesablaşmalar və xəzinədarlıq əməliyyatları kimi sahələrdə real ehtiyacları getdikcə daha geniş şəkildə qarşılayır. Fiat valyutalarının, stabilkoinlərin, tokenləşdirilmiş depozitlərin və digər dəyər formalarının yanaşı mövcud olduğu çoxvalyutalı dünyada ödənişlərin gələcəyini müxtəlif ödəniş infrastrukturlarının, şəbəkələrin və pul formalarının bir-biri ilə nə dərəcədə effektiv əlaqələnməsi və qarşılıqlı işləməsi müəyyən edəcək. “Mastercard”ın qlobal şəbəkəsini BVNK-nın blokçeyn infrastrukturu və stabilkoin texnologiyası ilə birləşdirərək daha səmərəli, etibarlı və qüsursuz ödəniş təcrübəsi təqdim edə bilərik”, - “Mastercard”ın Baş Məhsul Direktoru Jorn Lambert bildirib.

BVNK-nın təqdim etdiyi infrastruktur arxa planda fiat və blokçeyn əsaslı ödənişləri dəstəkləyərək fərdi şəxslərə, bizneslər subyektlərinə və avtomatlaşdırılmış sistemlərə təhlükəsizlik, tənzimləyici tələblərə uyğunluq və qarşılıqlı işləkliyin təmin olunduğu mühitdə fiat və rəqəmsal valyutalar arasında vəsaiti saxlamaq, köçürmək, idarə etmək və konvertasiya etmək imkanı yaradır.

BVNK-nın texnologiyası və bu sahədəki dərin təcrübəsinin “Mastercard”ın qlobal imkanları ilə birləşdirilməsi maliyyə institutlarına, fintexlərə və biznes subyektlərinə stabilkoinlər və tokenləşdirilmiş aktivlər əsasında qurulan həllərin tətbiqini genişləndirməyə kömək edəcək. Bu həllər transsərhəd B2B ödənişlərindən və vəsait ödənişlərindən hesablaşma və xəzinədarlıq əməliyyatlarınadək geniş istifadə istiqamətlərini əhatə edir. 

M.MİRZƏ

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Avqust 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri