Mateuş Silva “Qarabağ”ın qol probleminə aydınlıq gətirdi
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bizim azarkeşlərə mesajımız sözlərlə deyil, meydanda göstərdiyimiz oyunla olmalıdır. Bunun üçün mümkün qədər çox çalışacağıq və cavabımızı meydanda verəcəyik”.
Bunu “Qarabağ”ın braziliyalı futbolçusu Mateuş Silva deyib.
29 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Qəbələ” ilə keçirilən oyun (0:0) barədə danışıb.
O, qarşılaşmada qazanılan bir xalı belə dəyərləndirib.
“Düzünü desəm, meydanda çətinliklərlə üzləşdik. Oyun quruculuğunda və hücumların təşkilində problemlər yaşadıq. Bu oyundan nəticə çıxarmalı və növbəti qarşılaşmaya köklənməliyik. Səhvlərimizi təhlil edəcəyik ki, gələcək oyunda belə hallar təkrarlanmasın. Bu dəfə bir xalla kifayətlənirik. Bunu qəbul edib, artıq qarşıdakı oyun haqqında düşünmək lazımdır. Bizə göstərdikləri dəstəyə görə azarkeşlərə təşəkkür etmək istəyirəm. Onların dəstəyi bizim üçün çox dəyərlidir”, - deyə o teleqraf.az-a açıqlamasında vurğulayıb.
Uzun müddətdir “Qarabağ”da çıxış edən Mateuş Silva komandanın cari mövsümdəki çıxışının əvvəlki illərlə müqayisədə zəif olmasının, eləcə də qol vurmaqda çətinlik çəkməsinin səbəblərini belə izah edib:
“Futbolçuların komandadan ayrılması və yenilərinin gəlməsi normal prosesdir. Bu, hər bir komandada baş verir. Hazırda biz də həmin prosesi yaşayırıq, uyğunlaşma dövründəyik. Amma onu deyə bilərəm ki, bütün futbolçular məşqlərdə səylə çalışırlar. Əlimizdən gələni edirik ki, əvvəlki performansımızı, əvvəlki oyunumuzu sərgiləyək. Düşünürəm ki, zamanla hər şey qaydasına düşəcək”.
Braziliyalı futbolçu bundan sonrakı qarşılaşmaların çətin keçəcəyini bildirib:
“Düşünürəm ki, bizim üçün oyunlar heç vaxt asan olmayacaq. Amma milli fasilə məşqlərdə bir-birimizi daha yaxşı tanımaq baxımından vacibdir. Növbəti oyunda müsbət nəticə qazanmağa çalışacağıq. Oyunların asan keçəcəyini düşünmək olmaz. Bütün qarşılaşmalar çətin olacaq. Hər kəs “Qarabağ”a qalib gəlmək istəyir. Buna görə də asan oyun gözləməməliyik. Hər matça hazır olmalıyıq”.
Qeyd edək ki, hazırda 19 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Qarabağ” lider “Neftçi”dən 2 xal geri qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 02 Noyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















