Mauritsio Sarri ilə qalmaqal Kolibali illər sonra susqunluğunu pozdu
Fanat saytına istinadən Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Kalidu Kolibali “Napoli”də oynadığı dövrdə baş məşqçi Mauritsio Sarri ilə arasında baş verən maraqlı hadisəni danışıb.
Fanat.Az xəbər verir ki, Kolibali belə danışıb:
“Oğlum doğulmaq üzrə idi. Həyat yoldaşım mənə zəng etdi. Sarriyə getməli olduğumu dedim. O isə ‘Xeyr, bu axşam sənə ehtiyacım var’ cavabını verdi. Mən israr etdim və sonda o, yalnız oyuna qayıtmaq şərti ilə icazə verdi.”
Futbolçu hadisənin davamını belə nəql edib:
“Doğuma çatdım, sonra oyuna qaçdım. Stadiona gəldim, soyunub-dəyişmə otağında adım yox idi. Sarriyə baxıb ‘Zarafat edirsiniz?’ dedim. O, gülümsəyərək, ‘Sənə ehtiyacım var, amma ehtiyat skamyasında’ dedi. O an ağlamaq istədim. İndi isə bu hadisəyə gülürəm.”
Hadisə futbol ictimaiyyətində geniş rezonans doğurub və bir çox azarkeşlər Kolibalinin Sarriyə qarşı sözlərini “illərin hesabı” kimi dəyərləndirib.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















