Icma.az
close
up
RU
May ayı Azərbaycan dövlətçiliyinin simvolik ayıdır TARİXÇİ DANIŞDI

May ayı Azərbaycan dövlətçiliyinin simvolik ayıdır TARİXÇİ DANIŞDI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"May ayı, əlbəttə ki, Azərbaycan tarixində çox əhəmiyyətli, böyük hadisələrlə zəngin bir aydır. Əgər ümumilikdə Azərbaycan tarixinə nəzər yetirsək, may ayı ilə bağlı taleyüklü hadisələr həddindən artıq çoxdur. Bu ayın içində həm müsbət, həm də mənfi mənada çox maraqlı və mühüm dönüş nöqtəsi ola biləcək hadisələr var ki, əslində, bəlkə də nə vaxtsa ayrıca bir kitab və ya əsərdə məhz Azərbaycan tarixinin aylar üzrə təhlili aparılsa, bu mövzular ayrıca araşdırıla bilər".

Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.

Onun sözlərinə görə, aylar üzrə tarixi hadisələrin sistemləşdirilməsi həqiqətən də çox maraqlı olardı: "Orada bir sıra məqamları analiz etmək üçün də geniş imkanlar yaranardı. Sizin qeyd etdiyiniz kimi, may ayında baş vermiş hadisələri nəzərə alsaq, əlbəttə ki, 8 may 1992-ci il — Şuşanın işğalı Qarabağ müharibəsində mühüm dönüş nöqtəsi oldu. Şuşa strateji baxımdan çox mühüm mövqeyə malik idi. “Alınmaz qala” kimi tanınan bu şəhərin işğalı Azərbaycan tərəfi üçün ciddi hərbi və xüsusilə də mənəvi-psixoloji zərbə oldu.

Şuşanın işğalı Azərbaycan cəmiyyətində və ordusunda psixoloji zəifləmə yaratdı, eyni zamanda qarşı tərəfdə ruh yüksəkliyinə səbəb oldu. Sonrakı hərbi proseslərdə də Şuşanın işğalının mühüm təsiri olmuşdur. Şuşa Azərbaycan mədəniyyətində və tarixində xüsusi yer tutduğu üçün təkcə hərbi deyil, həm də simvolik anlamda milli faciənin rəmzinə çevrildi. Qarabağla bağlı musiqilərdə, şeirlərdə və ümumiyyətlə ədəbiyyatda Şuşa adı xüsusi yer tutur.

Uzun illər Şuşa Azərbaycan ictimai yaddaşında Qarabağın rəmzi kimi qaldı. Ağdam, Xankəndi və digər şəhərlər də mühüm olsa da, Şuşa daha çox simvolik mərkəz kimi qəbul edilirdi.

May ayının digər mühüm tarixi hadisələrindən biri də 10 may tarixidir — mərhum Heydər Əliyevin anadan olduğu gün. Heydər Əliyev Azərbaycan tarixində çox mühüm yeri olan dövlət xadimidir. Onun siyasi fəaliyyəti təkcə 1993-cü ildə prezident seçilməsi ilə başlamır. Hələ 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gəlməsi ilə ölkənin inkişafında yeni mərhələ açılmışdır.

1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə — Siyasi Büro üzvlüyünə yüksəlməsi də mühüm tarixi hadisə idi. Bu, həmin dövrdə müsəlman və türk xalqları içərisindən belə yüksək vəzifəyə yüksələn nadir şəxslərdən biri olması baxımından diqqət çəkirdi və Azərbaycan xalqının ittifaq miqyasında nüfuzunun artmasına təsir göstərmişdi.

1993-cü ildə ölkədə yaranmış siyasi böhran və dövlətçiliyin təhlükə altında olduğu bir dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlət kimi sabitləşməsində mühüm rol oynadı. Həmin dövrdə mərkəzdənqaçma meyillərinin gücləndiyi bir şəraitdə dövlətin qorunub saxlanılması baxımından onun rolu xüsusi əhəmiyyət daşıyırdı.

Təbii ki, dövlət aparatının inkişafı gələcəkdə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə və güclənməsinə, eləcə də ən çətin məsələlərdən biri olan Qarabağ probleminin həllinə zəmin yaratdı. Bu, böyük tarixi missiya idi.

28 May isə Azərbaycan dövlətçiliyinin ən mühüm tarixlərindən biridir. Dövlətçilik və istiqlal hər bir xalq üçün ən vacib mərhələdir. Azərbaycan xalqı tarix boyu dövlətlər yaratmış xalqdır. Tarixə baxdıqda görürük ki, minilliklər ərzində bu coğrafiyada dövlətçiliyin olmadığı dövrlər çox az olmuşdur.

1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra Arazın şimal hissəsində Azərbaycan xalqının dövlətçiliyi zəiflədildi və 1918-ci ilə qədər təxminən 90 il ərzində müstəqil dövlət mövcud olmadı.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bu dövlət dövrün görkəmli ziyalıları, xüsusilə Məhəmməd Əmin Rəsulzadə və Milli Şura tərəfindən yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti müasir və demokratik prinsiplərə əsaslanan dövlət modeli kimi tarixə düşdü. Lakin həmin dövrdə təhlükəsizlik problemləri səbəbindən dövlətin möhkəmlənməsi çətin oldu.

Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Bakının azad edilməsində iştirakı da mühüm tarixi hadisə idi.

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tanınır və bu, yalnız region üçün deyil, dünya miqyasında da mühüm hadisə hesab olunur. Həmin dövrdə dünyada monarxiyalar üstünlük təşkil etdiyi üçün belə bir respublikanın yaradılması xüsusi əhəmiyyət daşıyırdı.

Azərbaycan Respublikası elan olunduğu gündən etibarən istiqlal ideyası xalq üçün böyük dəyərə çevrildi. Azərbaycan xalqı dövlət quran və dövlət yaradan xalqdır və bu ideya tarix boyu davam etmişdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 May 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri