Icma.az
close
up
RU
Mayalanma necə baş verir?

Mayalanma necə baş verir?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kişi və qadın cinsi hüceyrələrinin (spermatozoid və yumurta hüceyrəsi) birləşməsi nəticəsində yeni orqanizmin yaranması prosesi başlayır.

Yumurta hüceyrəsinin özü hərəkət etmək qabiliyyətinə malik deyil. Ovulyasiyadan sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun içinə doğru hərəkət etdirir.

Spermatozoidlər isə əksinə olaraq, öz quyruqları hesabına tam sərbəst şəkildə hərəkət etmək qabiliyyətinə malikdirlər. Eyakulyasiyadan (spermanın xaric olması) sonra spermatozoidlər uşaqlığın və uşaqlıq borularının yığılması nəticəsində tez bir zamanda cinsi yollarla qalxmağa başlayırlar. Quyruğunun köməkliyi ilə hərəkət etmək qabiliyyətindən isə spermatozoidlər yolun son hissəsində, uşaqlıq borusunda və mayalanma prosesində istifadə edirlər.

Yumurta hüceyrəsinə qədər ancaq bir neçə yüz ən güclü və sağlam spermatozoid çatır. “Zəif” (quruluşunda çatışmazlığı olanlar, xromosom mutasiyalarına məruz qalanlar və s.) spermatozoidlər qadın cinsi yollarında məhv olurlar.

Cinsi hüceyrələrin birləşməsi (mayalanma) uşaqlıq borularının yalnız müəyyən olunmuş ampula hissəsində baş verir. Optimal şəraitdə spermatozoidlər bu hissəyə eyakulyasiyadan sonra 1,5-2 saat sonra gəlib çata bilirlər. Əgər burada onları “gözləyən” yumurta hüceyrəsi (o, ovulyasiyadan sonra yalnız 24 saat müddətində yaşayır) olarsa mayalanma prosesi baş verir. Əgər “görüş yerində” yumurta hüceyrəsi olmazsa, mayalanma qabiliyyətini tam şəkildə saxlamaqla, spermatozoidlər 3 gün ərzində burada onu “gözləyə” bilərlər.

Mayalanma zamanı qadın cinsi hüceyrəsi, həmçinin spermatozoidləri “özunə cəlb edən” və öz yerini tapmaqda onlara köməklik edən xüsusi maddə ifraz edir. Bir yumurta hüceyrəsini eyni zamanda xeyli sayda spermatozoidlər “tapır”. Ancaq onun daxilinə keçmək o qədər də asan olmur. Belə ki, yumurta hüceyrəsinin ətrafında şüalı çələng adlanan hüceyrələrdən ibarət özünəməxsus maneə qişası olur. Çoxlu sayda olan spermatozoidlər yumurta hüceyrəsinin qişasına birləşərək öz quyruqlarının hərəkətləri ilə onu fırlatmağa başlayırlar. Bu yolla yumurta hüceyrəsinin qişasını yumşaltdıqdan sonra spermatozoidlər özlərinin baş hissələrindən ifraz etdikləri xüsusi fermentlərin köməkliyi ilə onun qişasını əridirlər. Bir (nadir hallarda iki-üç) spermatozoid yumurta hüceyrəsinin içərisinə daxil olduqdan sonra yumurta hüceyrəsinin qişası digərləri üçün keçilməz olur. Spermatozoid və yumurta hüceyrəsinin nüvələri birləşdikdən sonra ata və ana xromosomları vahid bir xromosom dəsti yaradırlar.

Beləliklə, cüt xromosom dəstinə malik (50% ana və 50% ata) birhüceyrəli rüşeym olan ziqota əmələ gəlir. Mayalanmış yumurta hüceyrəsi 4 gün ərzində uşaqlıq borusu ilə hərəkət edərək usaqlıq boşluğuna çatdıqdan sonra burada daha 3 gün ərzində sərbəst qalır. Mayalanmadan 7 gün sonra onun endometriuma daxil olması (impantasiya) baş verir: 0,5 mm ölçüsündə olan rüşeym uşaqlıq divarına bitişərək 2 gündən də az bir müddət ərzində tamamilə onun daxilinə keçir.

Mayalanma baş vermədikdə isə yumurta hüceyrəsi uşaqlıq boşluğuna daxil olaraq burada məhv olur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər bir birinə inanmır

13 May 2026 23:19see244

Rövşən Nəcəf “düyünü”

13 May 2026 21:15see225

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see211

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see198

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see193

Aranda yağmursuz, dağlarda yağış və dolu...

14 May 2026 04:54see191

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

14 May 2026 08:03see188

“Mançester Siti” “Liverpul”un müdafiəçisi ilə maraqlanır

14 May 2026 05:11see187

Məktəb direktoru Facebook dakı paylaşımlarına görə cəzalandırılıb?

13 May 2026 22:46see186

Netflix ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

13 May 2026 20:54see174

Toyun səhəri günü sağdişini öldürdü FOTO

14 May 2026 06:01see174

“Trampın siyirməsində Vensə məktub var”

14 May 2026 05:01see170

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see164

İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib

14 May 2026 06:22see157

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see156

Renduliç xorvatlara “Zirə”dən danışdı

14 May 2026 01:33see153

Şiddətli yağış və fırtına oldu, ölənlər var

14 May 2026 02:43see152

Xarıbülbül Festivalında dolu yağdı Video

14 May 2026 00:11see152

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see148

Bəlkə də təmizliyə səhv otaqdan başlayırsınız Mütəxəssislər ilk dayanacağı açıqladı

14 May 2026 07:07see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri