Icma.az
close
up
RU
Ekstrakorporal mayalanma (EKM)

Ekstrakorporal mayalanma (EKM)

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1978-ci ildə ilk qadın süni surətdə mayalandırılmışdır. Bunun nəticəsində qız uşağı doğulmuşdur.

Bu yaxınlarda isə bu qız heç bir əlavə tibbi kömək olmadan, ana olmuşdur. 1978-ci ildən başlayaraq bütün dünyada EKM üsulu ilə 2 milyona yaxın uşaq doğulmuşdur.

Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35% hallarda hamiləlik baş verir.

Əvvəllər EKM üsuluna uşaqlıq boruları olmadığı halda və ya onların keçiriciliyinin pozulmasını cərrahi yolla aradan qaldırmaq mümkün olmadıqda müraciət olunurdu. Ancaq bir müddət keçdikdən sonra bu üsulun nəticələri o qədər təsirli və diqqəti cəlb edən olmuşdur ki, EKM üsulundan praktiki olaraq sonsuzluğun bütün formalarında istifadə edilməyə başlanmışdır: kişi faktoru ilə əlaqədar olan sonsuzluqlar; naməlum formalı endometriozlar; hətta, yumurtalıqları normal fəaliyyət göstərməyən və ya xaric edilmiş olan və uşaqlığı olmayan qadınlarda (surroqat analıq).

EKM (ekstrakorporal mayalanma) üsulu bir neçə mərhələdə aparılır. Əvvəlcə qadına, follikulların yetişməsini və ovulyasiyanı stimullaşdıran xüsusi dərman preparatları təyin edilir. Bu prosesin qadın orqanizmindəki gedişinə həkim tərəfindən USM ilə nəzarət edilir. Təbii ovulyasiyaya mümkün qədər ən yaxın olan bir zamanda, USM nəzarəti altında uşaqlıqdan daxil olmaqla, qadının yumurtalıqlarından follikullar alınır. Bu müdaxilə ambulator şəraitində aparılır. Xəstənin istəyinə uyğun olaraq bu zaman ağrısızlaşdırma da tətbiq oluna bilər. Daha sonra yumurta hüceyrələri follikulların içərisindən xaric edilərək, şəraiti praktiki olaraq qadın orqanizminə tam şəkildə uyğun olan - inkubatora yerləşdirilir.

Yumurtalıqların punksiyasından və yumurta hüceyrələrinin alınmasından sonra qadının həyat yoldaşından mayalanma üçün sperma alınır. Kişi sağlamdırsa spermanı təbii yolla alırlar. Kişinin sağlamlığında müəyyən problemlər olduqda isə spermatozoidləri xüsusi iynə vasitəsi ilə xayanın özündən götürürlər. Bu müdaxilə yerli anesteziya altında aparılır. Kişinin sperması həddən artıq aşağı keyfiyyətli olduqda, ailə cütlüyünün qarşılıqlı razılaşması əsasında donor spermasından istifadə olunur.

Laboratoriya şəraitində sperma xüsusi işlənir. Belə ki, bu zaman süni mayalanma üçün yalnız düz xətt üzrə hərəkət edən spermatozoidlər seçilir. Spermatozoidlərin keyfiyyətinin yüksək olması üçün sperma verilməsindən bir neçə gün əvvəl kişilər cinsi əlaqələrdən çəkinməli, həmçinin mayalanma prosedurdan xeyli əvvəl zərərli adətlərdən (siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək və s.) tam şəkildə imtina etməlidirlər.

Daha sonra qadının yumurta hüceyrəsi həyat yoldaşının və ya donorun sperması ilə laborator şəraitində şüşə borusunda mayalandırılır. Bir neçə gündən sonra mayalanma nəticəsində yaranmış embrionu xüsusi kateterlə qadının uşaqlığına daxil edirlər.

İki həftədən sonra qadında hamiləliyə görə testin nəticəsi müsbət olduqda, daha iki həftədən sonra hamiləliyə görə USM aparılır.

EKM mürəkkəb və pilləli şəkildə keçirildiyi üçün ailə cütlüyündən böyuk hövsələ, intizamlılıq və həkim məsləhətlərini dəqiqliklə yerinə yetirmək tələb olunur.

Kişi sonsuzluğunun ağır formalarında EKM (ekstrakorporal mayalanma) zamanı SYHDİ əməliyyatı (spermatozoidin yumurta hüceyrəsi daxilinə inyeksiyası) icra edilir.

Bu üsuldan spermatozoidin yumurta hüceyrəsinə daxil olması problemini həll etmək üçün istifadə edilir. Bildiyimiz kimi, mayalanma prosesi zamanı çoxlu sayda olan spermatozoidlər onun qişasına birləşərək öz quyruqlarının hərəkətləri ilə yumurta hüceyrəsini fırlatmağa başlayırlar. Bu yolla yumurta hüceyrəsinin qişasını yumşaltdıqdan sonra spermatozoidlər özlərinin baş hissələrindən ifraz etdikləri xüsusi fermentlərin köməkliyi ilə onun qişasını əridirlər. Bunun nəticəsində bir (nadir hallarda iki-üç) spermatozoidin yumurta hüceyrəsinin içərisinə daxil olması baş verir. Beləliklə, mayalanmanın müvəffəqiyyətlə baş verməsi üçün kifayət qədər hərəkətli spermatozoidlərin olması vacib şərtlərdəndir.

Ancaq elə hallar olur ki, həkimlər kişidən mayalanma qabiliyyəti olan cəmi bir neçə spermatozoid ala bilirlər. Məhz bu halda SYHDİ üsulunun tətbiq edilməsinə tələbat yaranır. Son zamanlar SYHDİ üsulundan, əvvəllər EKM proqramı tətbiq edilməsinə baxmayaraq, mayalanmanın baş tutmadığı ailə cütlüklərinin müalicəsində də istifadə olunur.

SYHDİ üsulu tətbiq edilərkən, əldə olunan spermatozoidlərin içərisindən xarakterik göstəriciləri ən yüksək olanı seçilir ki, o da laborator şəraitində iynə ilə bilavasitə yumurta hüceyrəsinin içərisinə daxil edilir. Nəticədə süni yolla mayalanma baş vermiş olur. Bir neçə gündən sonra isə ziqota (rüşeym) uşaqlıq daxilinə otuzdurulur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see458

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see406

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see294

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see270

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see259

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see253

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see245

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see230

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see207

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see202

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see196

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see195

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see189

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see188

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see188

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see186

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see181

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see180

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see171

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri