Icma.az
close
up
RU
Mayami Universitetinin eksperti: “Azərbaycan yaşıl enerji dəhlizləri vasitəsilə beynəlxalq əməkdaşlığı təşviq edə bilər” MÜSAHİBƏ

Mayami Universitetinin eksperti: “Azərbaycan yaşıl enerji dəhlizləri vasitəsilə beynəlxalq əməkdaşlığı təşviq edə bilər” MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 noyabr, Günel Türksoy, AZƏRTAC

Mayami Universitetinin hüquq məktəbinin müəllimi, beynəlxalq iqlim hüququ üzrə tanınmış ekspert Lorena Zenteno Villa AZƏRTAC-a müsahibə verib. Ekspert, müsahibəsində Azərbaycanda keçirilən COP29 konfransının iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfələrini dəyərləndirib. Lorena Zenteno Villa, həmçinin Azərbaycanın bu istiqamətdəki səyləri və COP30-dan gözləntilərlə bağlı sualları cavablandırıb.

- COP29-da qəbul edilən qərarların iqlim dəyişikliyi ilə mübarizədə faydalılığını necə qiymətləndirirsiniz?

- Mən ötən il Bakıda keçirilən COP29 tədbirində iştirak etdim. Azərbaycanın belə böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi və dünyanın hər yerindən insanları bir araya gətirməsi heyrətamiz idi. Mən COP29-da iqlim ədaləti və insan haqları ilə bağlı müzakirələrdə çıxış etmişəm. İqlim ədaləti və insan haqları ilə bağlı məsələ ədalətli və təsirli iqlim siyasətinin qurulması üçün əsas amillərdəndir. COP29 iqlim fəaliyyəti üçün mühüm addım oldu. Əlbəttə ki, müzakirələr heç də həmişə istədiyimiz kimi alınmır. Çünki heç bir COP tədbiri tam mükəmməl olmur. Lakin COP29 böyük bir nəticə əldə etdi. Belə ki, 2035-ci ilə qədər illik iqlim maliyyə öhdəliyinin 100 milyard ABŞ dollarından 300 milyard dollara qaldırılması ilə bağlı yeni qlobal maliyyə məqsədi müəyyən edildi. Bu plan Qlobal Cənub ölkələrinə öz əhalisini qorumaq və artan iqlim risklərinə uyğunlaşmaq üçün daha yaxşı imkanlar yaradacaq. Bundan əlavə, COP 29-da karbon bazarları, şəffaflıq, gender bərabərliyi ilə bağlı, həmçinin yerli xalqların məsələlərin həllində iştirakına dair irəliləyiş əldə edildi və “Bakı iş planı” qəbul edildi. Bu iş planı yerli icmaların və xalqların iqlim siyasətində iştirakını və liderliyini artırmağı hədəfləyir. Bakıda baş verənlər göstərdi ki, iqlim dəyişikliyi ilə bağlı real irəliləyişin açarı maliyyə, iştirak və etimaddır.

-İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səylərini necə qiymətləndirirsiniz?

-Azərbaycan mürəkkəb danışıqları asanlaşdırmaqla konsensusun əldə olunmasına nail olaraq səmərəli liderlik nümayiş etdirdi. COP29-a ev sahibliyi etmək həm diplomatik uğur, həm də ölkənin öz enerji sektorunun transformasiyasına sadiqliyinin göstəricisidir. Azərbaycan yeni bərpaolunan enerji qanunlarını qəbul edib və Qaradağ Günəş Elektrik Stansiyası və Xızı-Abşeron Külək Parkı kimi genişmiqyaslı layihələrə start verib ki, bu da ölkənin təmiz texnologiyalara olan sadiqliyinin göstəricisidir. Yaşıl enerji dəhlizlərinin inkişafı isə Azərbaycanı ənənəvi və bərpaolunan enerji arasında körpüyə çevirir. Bu yanaşma həm iddialı, həm də enerji keçidi üçün həyati əhəmiyyət daşıyır.

-COP29-dan bir il keçir. Burada qəbul edilən qərarların icrası ilə bağlı vəziyyət necədir?

- Biz dönüş nöqtəsindəyik. Keçən il bərpaolunan enerjiyə rekord səviyyədə sərmayə qoyulub, eyni zamanda, rekord səviyyədə iqlim fəlakətləri yaşanıb. Qlobal istiləşmə artıq sənayeləşmə dövrü öncəsi səviyyədən 1,5°C-dən çox artıb. Bu il ölkələr öz milli iqlim planlarını yeniləyəcəklər. Bu da Bakıda verilən vədlərin əməli addımlara çevrilib-çevrilməyəcəyini göstərəcək. Daha güclü beynəlxalq əməkdaşlıq nəticəsində hələ də bu istiqaməti dəyişəcəyimizə ümid edirik.

-COP30-dan gözləntiləriniz nələrdir?

- COP30 Amazon bölgəsində, Braziliyada keçiriləcək. Braziliya beynəlxalq liderliyi daxili iqlim fəaliyyəti ilə uzlaşdıra bilər. Son qərarlar, məsələn, Amazon hövzəsində yeni neft layihələrinin təsdiqi vəziyyəti mürəkkəbləşdirir. COP30 Braziliyaya yeni istiqamət götürmək imkanı verir. Bunlar biomüxtəlifliyin qorunması, yerli xalqların hüquqlarına hörmət və ədalətli enerji keçidinin mümkünlüyünü sübut etməkdir. COP30-un əsas diqqəti icraya yönəlməlidir. Belə ki, COP30-da əsas diqqət maliyyə vədlərinin real dəstəyə çevrilməsi, adaptasiya məqsədlərinin yekunlaşdırılması və mərkəzində insan hüququ dayanan siyasətlərin inkişaf etdirilməsinə yönəlməlidir.

- Enerji resursları ilə zəngin ölkə olan Azərbaycan həm daxildə, həm də qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə hansı töhfələr verə bilər?

- Azərbaycan həm enerji istehsalçısı kimi liderlik göstərə, həm də daha yaşıl gələcəyə keçidi həyata keçirə bilər. Ölkənin Günəş, külək və hidrogen sahələrində 27 qiqavattdan artıq bərpaolunan enerji potensialı var və bu fakt Azərbaycanı regionda təmiz enerji ölkəsi nümunəsinə çevirir. Azərbaycan yaşıl enerji dəhlizləri vasitəsilə beynəlxalq əməkdaşlığı təşviq edə bilər. Əsas mesaj budur ki, enerji sərvəti və iqlim məsuliyyəti bir-birini tamamlamalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri