“Mbappe ketçup butulkasına bənzəyir”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real Madrid”in qapıçısı Tibo Kurtua Madrid klubunun fransalı hücumçusu Kilian Mbappe haqqında danışıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı qolkiper 26 yaşlı forvardı ketçup butulkası ilə müqayisə edib:
“Kilian Mbappe böyük keyfiyyətlərə malik oyunçudur. O, içərisində sousu olan ketçup butulkasına bənzəyir. Bəzən nə qədər etsən də, tökülmür. Amma birdən ortaya çıxır. Düşünürəm ki, Kilianın oyunlarında da eyni şey olacaq”.
Qeyd edək ki, Kilian Mbappe ötən yay azad agent kimi Madrid klubuna keçib. O, bu mövsüm komandanın heyətində 19 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Baxış sayı:126
Bu xəbər 03 Dekabr 2024 02:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















