MDB dövlətlərinin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74 cü iclası keçirildi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dekabrın 18-də Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının videokonfrans formatında növbəti 74-cü iclası keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun sədrliyi ilə keçirilən videokonfransda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri, MDB Baş katibinin müavini, Avrasiya İqtisadi Komissiyasının Statistika Departamentinin direktor müavini, üzv dövlətlərin statistika qurumlarının rəhbərləri və rəhbər müavinləri iştirak ediblər.
Şuranın iclasında "MDB Statistikasının İnkişafı" Layihəsinin gedişatı və bu Layihənin 2026-cı il üçün iş planı, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsinin 2026-cı il üçün İş Proqramı, MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasına 2026-cı ildə sədrlik və Şuranın 75-ci iclası haqqında məsələlər müzakirə edilib, həmçinin MDB Üzv Dövlətlərinin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası haqqında kommünike qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 18 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















