MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 72 ci iclası keçirilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 15 may, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının videokonfrans formatında növbəti 72-ci iclası keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Tahir Budaqovun sədrliyi ilə keçirilən videokonfransda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri, üzv dövlətlərin statistika qurumlarının rəhbərləri və rəhbər müavinləri, MDB İcraiyyə Komitəsinin və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.
Şuranın iclasında MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 2024-cü ildə fəaliyyəti, MDB Dövlətlərarası Statistika Komitəsinin 2024-cü ildə gördüyü işlər, 2026-2027-ci illər üçün “MDB statistikasının inkişafı” layihəsinə dair təkliflər və digər məsələlər haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 15 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















