Icma.az
close
up
RU
MDB Hökumət Başçıları Şurasının iclası keçirildi Fotolar

MDB Hökumət Başçıları Şurasının iclası keçirildi Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Baş nazir Rusiyanı cari ildə MDB-də uğurlu sədrliyi münasibətilə təbrik edib, həmçinin 2025-ci ildə quruma sədrlikdə Tacikistana uğurlar arzulayıb.

Ə.Əsədov əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, nəqliyyat və humanitar sahələr, maliyyə və büdcə məsələləri üzrə 20-yə yaxın bəndin daxil olduğu iclasın gündəliyində duran məsələlərin əhəmiyyətinə diqqət çəkib.

Xüsusilə iclasın yekunu üzrə təsdiq olunacaq 2025-2026-cı illər üçün Humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının əhəmiyyəti qeyd edilib.

Vurğulanıb ki, 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır və bunlara Azərbaycanda fəal hazırlıq gedir.

“Biz “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının Laçın şəhəri 2025-ci ildə Birliyin mədəniyyət paytaxtı elan edilib”, - deyə Ə.Əsədov bildirib.

Qeyd olunub ki, işğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur. “Möhtəşəm təbiətə və çoxəsrli tarixə malik şəhərdə həyatın bərpasına və iqtisadi rifaha yönəlmiş irimiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 2 mindən çox insan Laçın şəhərinə qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır”, - deyə Baş nazir əlavə edib.

Ə.Əsədov Birliyin idman paytaxtı elan edilmiş Gəncə şəhərində gələn il keçiriləcək III MDB Oyunları barədə məlumat verib.

İclas iştirakçılarının diqqəti, eyni zamanda, bu il Azərbaycanın siyasi həyatında baş verən mühüm hadisələrə yönəldilib.

“Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən sonra prezident və parlament seçkiləri onun bütün ərazisində keçirilib, bu isə tarixi hadisəyə çevrilib və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında təşkil olunmuş seçki məntəqələrində səs vermələrinə imkan yaradıb”, - deyə Baş nazir bildirib.

Ə.Əsədov bu yaxınlarda Bakıda başa çatmış COP29 iqlim konfransının nəticələrinə də toxunub. Qeyd olunub ki, Konfransın yekunları üzrə mühüm qərarlar, o cümlədən inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsinin təqdim edilməsi, eləcə də İtki və Zərər Fondunun tətbiqi ilə bağlı qərarlar qəbul edilib.

Vurğulanıb ki, Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirib, bu da Azərbaycana qarşı genişmiqyaslı, əsassız kampaniyaya, hətta dünya ictimaiyyətinə belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq, Konfransın ən yüksək səviyyədə keçirilməsinə, mühüm nəticələrin əldə edilməsinə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olunmasına imkan verib.

Ə.Əsədov, həmçinin COP29 tədbirlərində fəal iştirak edən Rusiya Hökumətinin Sədri Mixail Mişustinə və MDB üzvü olan ölkələrin rəhbərliyinə təşəkkür edib.

Sonda Ə.Əsədov MDB çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see209

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see194

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see194

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see194

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see153

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see139

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri