Icma.az
close
up
RU
MDB Hökumət Başçıları Şurasının iclası keçirildi Fotolar

MDB Hökumət Başçıları Şurasının iclası keçirildi Fotolar

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

“Yeni Gundem” xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Baş nazir Rusiyanı cari ildə MDB-də uğurlu sədrliyi münasibətilə təbrik edib, həmçinin 2025-ci ildə quruma sədrlikdə Tacikistana uğurlar arzulayıb.

Ə.Əsədov əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, nəqliyyat və humanitar sahələr, maliyyə və büdcə məsələləri üzrə 20-yə yaxın bəndin daxil olduğu iclasın gündəliyində duran məsələlərin əhəmiyyətinə diqqət çəkib.

Xüsusilə iclasın yekunu üzrə təsdiq olunacaq 2025-2026-cı illər üçün Humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının əhəmiyyəti qeyd edilib.

Vurğulanıb ki, 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır və bunlara Azərbaycanda fəal hazırlıq gedir.

“Biz “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının Laçın şəhəri 2025-ci ildə Birliyin mədəniyyət paytaxtı elan edilib”, – deyə Ə.Əsədov bildirib.

Qeyd olunub ki, işğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur. “Möhtəşəm təbiətə və çoxəsrli tarixə malik şəhərdə həyatın bərpasına və iqtisadi rifaha yönəlmiş irimiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 2 mindən çox insan Laçın şəhərinə qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır”, – deyə Baş nazir əlavə edib.

Ə.Əsədov Birliyin idman paytaxtı elan edilmiş Gəncə şəhərində gələn il keçiriləcək III MDB Oyunları barədə məlumat verib.

İclas iştirakçılarının diqqəti, eyni zamanda, bu il Azərbaycanın siyasi həyatında baş verən mühüm hadisələrə yönəldilib.

“Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən sonra prezident və parlament seçkiləri onun bütün ərazisində keçirilib, bu isə tarixi hadisəyə çevrilib və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında təşkil olunmuş seçki məntəqələrində səs vermələrinə imkan yaradıb”, – deyə Baş nazir bildirib.

Ə.Əsədov bu yaxınlarda Bakıda başa çatmış COP29 iqlim konfransının nəticələrinə də toxunub. Qeyd olunub ki, Konfransın yekunları üzrə mühüm qərarlar, o cümlədən inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsinin təqdim edilməsi, eləcə də İtki və Zərər Fondunun tətbiqi ilə bağlı qərarlar qəbul edilib.

Vurğulanıb ki, Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirib, bu da Azərbaycana qarşı genişmiqyaslı, əsassız kampaniyaya, hətta dünya ictimaiyyətinə belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq, Konfransın ən yüksək səviyyədə keçirilməsinə, mühüm nəticələrin əldə edilməsinə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olunmasına imkan verib.

Ə.Əsədov, həmçinin COP29 tədbirlərində fəal iştirak edən Rusiya Hökumətinin Sədri Mixail Mişustinə və MDB üzvü olan ölkələrin rəhbərliyinə təşəkkür edib.

Sonda Ə.Əsədov MDB çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 12 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri