MDU da Natiq Qasımovun xatirəsinə həsr olunmuş voleybol turniri keçirildi
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş region universitetləri arasında voleybol turniri keçirilib.
Universitetin İdman-Sağlamlıq Kompleksində baş tutan turnirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər Bələdiyyəsinin rəhbərliyi, Milli Qəhrəmanın ailə üzvləri, onun adını daşıyan 4 saylı tam orta məktəbin direktoru Zaur Müseyibov, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının, Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin akademik-inzibati heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə, ümummilli lider Heydər Əliyev, Milli Qəhrəman Natiq Qasımov və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin açılış nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov turnir iştirakçılarını salamlayıb və Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş belə bir idman yarışının keçirilməsini yüksək qiymətləndirib. O, bu cür təşəbbüslərin gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında və qəhrəmanlarımızın tanıdılmasında müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İcra başçısı qeyd edib ki, idman təkcə fiziki sağlamlıq deyil, həm də gənclərdə əzmkar xarakterin və milli birlik duyğusunun formalaşması üçün mühüm vasitədir. Natiq Qasımov kimi qəhrəmanlarımızın fədakarlığının gənc nəsil üçün örnək olduğunu bildirən icra başçısı, turnirin təşkilində əməyi keçənlərə təşəkkür edib.
Çıxışının sonunda İlham İsmayılov bütün iştirakçıları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov region universitetlərini bir araya gətirən bu turnirin ali təhsil müəssisələri arasında dostluq və əməkdaşlıq körpüsü olduğunu bildirib. Rektor vurğulayıb ki, MDU-da tələbələrin həm akademik biliklərə yiyələnməsi, həm də milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi əsas prioritetlərdəndir. O, Milli Qəhrəmanın adını daşıyan bu yarışın gənclərin yaddaşında silinməz iz qoyacağını qeyd edərək, bütün komandalara uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov ailə üzvləri adından göstərilən diqqət və ehtirama görə ölkə rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib. O, Natiq Qasımovun göstərdiyi şücaətin və onun keçdiyi şərəfli döyüş yolunun bu gün gənclər tərəfindən uca tutulmasının qürurverici olduğunu vurğulayıb. N.Qasımov idmançılara müraciət edərək, onlara hər zaman Natiq kimi mətin və yenilməz olmağı tövsiyə edib.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışında dövlətin gənclər siyasəti və idmanın inkişafına göstərdiyi qayğıdan bəhs edib. O, bu cür regional turnirlərin istedadlı gənclərin üzə çıxarılmasında və onlar arasında sağlam rəqabət mühitinin yaradılmasında mühüm rol oynadığını qeyd edib. A.Gözəlov Milli Qəhrəmanın xatirəsinə həsr olunan turnirin ənənəvi xarakter almasının əhəmiyyətini diqqətə çatdırıb.
Çıxışlardan sonra turnirə start verilib. Birincilik uğrunda mübarizədə Mingəçevir Dövlət Universiteti, UNEC-in Zaqatala filialı, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin voleybol komandaları qarşılaşıblar.
Turnirin yekun nəticəsinə əsasən, Gəncə Dövlət Universitetinin komandası I yerin, Mingəçevir Dövlət Universitetinin komandası II yerin, UNEC-in Zaqatala filialının komandası III yerin, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerin sahibi olub.
Sonda qalib gələn komandalara və fərqlənən idmançılara müvafiq dərəcəli medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, MDU-da Milli Qəhrəman Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.






Bu mövzuda digər xəbərlər:Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş film təqdim edilib
27 Fevral 2025 14:27
MDU da Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub
19 Noyabr 2025 19:47
Natiq Qasımovun xatirəsi YAD EDİLDİ
02 Yanvar 2025 18:45
Məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 12:11
Baxış sayı:38
Bu xəbər 24 Dekabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















