Icma.az
close
up
RU
MDU da Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub

MDU da Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


2025-ci il 19 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə oğlanlar arasında fakültələrarası çempionatın final oyunu keçirilib.
Universitetin İdman-Sağlamlıq Kompleksində keçirilən oyunda Milli Qəhrəmanın ailə üzvləri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun rəhbər şəxsləri, media və şəhər ictimaiyyətinin nümayəndələri, MDU-nun akademik-inzibati heyəti və tələbələr iştirak ediblər.
Öncə, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Tədbiri açılış nitqi ilə açan MDU-nun rektoru Anar Eminov Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat yolunun gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. O, universitetdə tələbələrin hərtərəfli inkişafına xidmət edən idman mühitinin gücləndirildiyini diqqətə çatdıraraq qeyd edib ki, gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, fiziki hazırlığının artırılması və vətənpərvər ruhda yetişdirilməsi MDU-nun əsas prioritet istiqamətlərindəndir. Rektor çempionatın məhz Milli Qəhrəmanın xatirəsinə həsr olunmasının tələbələrdə milli ruhun möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev ölkəmizdə şəhidlərimizin adının daim uca tutulduğunu, gənc nəslin onların qəhrəmanlığına dərin ehtiramla böyüməsinin vacibliyini qeyd edib. O, bu kimi tədbirlərin gənclərdə həm fiziki hazırlığın, həm də mənəvi məsuliyyət hissinin formalaşmasına mühüm təsir göstərdiyini bildirib.
Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edərək, qardaşı Natiq Qasımovun döyüş yolunun hər zaman gənclər üçün örnək olduğunu söyləyib. O, gənclərin belə yarışlarda bir araya gəlməsini həm yaddaşın yaşadılması, həm də milli dəyərlərin qorunması baxımından yüksək qiymətləndirib.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışında regionda idman infrastrukturunun genişləndirilməsi, kütləvi idmanın təşviqi və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən danışıb. O, MDU-da idman fəaliyyətlərinin ardıcıl şəkildə həyata keçirilməsini müsbət qiymətləndirərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova çıxışında gənclərin tərbiyəsində idmanın rolunu vurğulayaraq bildirib ki, gənclərin həm təhsildə, həm də idmanda fəallığının artırılması onların gələcək cəmiyyət üçün daha hazırlıqlı və sağlam fərdlər kimi formalaşmasına xidmət edir. O, şəhidlərimizin əziz xatirəsinə həsr olunan belə tədbirlərin məktəb–universitet–cəmiyyət əlaqələrinin gücləndirilməsində mühüm platforma yaratdığını qeyd edib.
Gərgin və həyacanla keçən final oyununda Mühəndislik fakültəsinin III kurs tələbələrindən ibarət komanda I yerin, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbələrindən ibarət komanda II yerin sahibi olub.
Komandalar kubok və medallarla təltif olunublar.
Qeyd edək ki, MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin davam etdirilməsi, eləcə də tələbələr arasında sağlam həyat tərzinin və kütləvi idmanın daha geniş təbliği istiqamətində fəaliyyətlər ardıcıl şəkildə həyata keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Noyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri