Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

MDU da Türkiyə təcrübəsi: Tədqiqat və rəqəmsal idarəetmə bir arada

MDU da Türkiyə təcrübəsi: Tədqiqat və rəqəmsal idarəetmə bir arada

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir, 2 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) “Tədqiqat Mövzu Hovuzu Platforması”nın təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Azərbaycan İES” MMC-də keçirilən tədbirdə universitetin rektoru Anar Eminov, stansiyanın inzibati heyəti, MDU-nun akademik və inzibati heyət üzvləri, həmçinin əmək bazarı və sənaye nümayəndələri iştirak ediblər.

MDU daha bir ilkə imza ataraq Türkiyənin Orta Doğu Teknik Universitetinin (ODTU) yanaşmasını tətbiq etməyə başlayıb. Yeni yanaşmaya əsasən, magistr dissertasiyaları real sektorla birbaşa əlaqələndirilir və tətbiqi xarakter daşıyır.

MDU-nun rektoru Anar Eminov platformanın universitet–sənaye inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu innovativ yanaşma tələbələrin yalnız nəzəri biliklərlə deyil, real sektorun problemlərinin həlli bacarıqları ilə formalaşmasına xidmət edir. Rektor platformanın yaradılmasında Ege Universitetinin təcrübəsinin mühüm rol oynadığını qeyd edib, həmçinin Türkiyənin Orta Doğu Teknik Universitetinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib. “Tədqiqat Mövzu Hovuzu Platforması” magistrantlara sənaye və dövlət qurumlarının real ehtiyaclarından irəli gələn tədqiqat mövzularını seçmək imkanı yaradır. Eyni zamanda, tələbələr öz elmi-tədqiqat fəaliyyətlərini vahid rəqəmsal mühitdə idarə edə, dissertasiya prosesinin bütün mərhələlərini sistemli şəkildə izləyə bilirlər. Platforma plagiat yoxlanışı, elmi-pedaqoji təcrübənin monitorinqi və müdafiə qrafiklərinə çıxış kimi funksiyalarla təchiz olunub. Bu model vasitəsilə Azərbaycanda ilk dəfə olaraq təhsil, elm və sənaye vahid platforma üzərindən inteqrasiya edilərək qarşılıqlı şəkildə təkmilləşdiriləcək, dissertasiya işləri isə tətbiqi layihələrə çevriləcək.

Digər çıxış edənlər də bildiriblər ki, platforma sənaye tərəfdaşları və dövlət qurumları tərəfindən təqdim edilən aktual problemləri vahid məlumat bazasında toplayaraq magistrantların istifadəsinə açıq edir. Bu isə tədqiqat mövzularının real iqtisadi və sosial ehtiyaclara uyğunluğunu təmin edir. MDU-da magistr dissertasiyalarının hazırlanması üzrə yeni modelin tətbiqinə başlanıldığı da diqqətə çatdırılıb. Yeni metodiki sistemə əsasən dissertasiyalar yalnız akademik tədqiqat işi kimi deyil, həm də tətbiqi xarakterli layihələr kimi formalaşdırılır. Mövzular universitet strukturları ilə yanaşı, sənaye müəssisələri və dövlət qurumlarının təqdim etdiyi real problemlər əsasında müəyyən edilir. Bildirilib ki, platformaya ilk töhfə Türkiyənin Orta Doğu Teknik Universiteti tərəfindən verilib. Universitet tərəfindən 5 praktiki tədqiqat mövzusu təqdim olunub və həmin mövzular üzrə elmi rəhbərlər təyin edilib. Bu çərçivədə ODTU-nun prorektoru, professor Ömer Delialioğlu və digər alimlər elmi rəhbər qismində prosesə cəlb olunublar. Eyni zamanda, Ege Universiteti və “Huawei” şirkəti platformanın yaradılması prosesində mühüm dəstək göstəriblər. “Tədqiqat Mövzu Hovuzu Platforması” ilə yanaşı, universitetin xüsusi tədqiqat portalı – research.mdu.edu.az istifadəyə verilib. Bu portal vasitəsilə mövzu seçimi, elmi rəhbərlə əlaqələndirmə, tədqiqat prosesinin monitorinqi və nəticələrin paylaşılması vahid rəqəmsal mühitdə həyata keçirilir.

Qeyd olunub ki, yeni modelin hazırlanması və icrası universitetin elmi-tədqiqat potensialını birləşdirən iki əsas struktur – Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu və Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu tərəfindən həyata keçirilir.

Sonda iştirakçılar platformanın funksionallığı ilə yaxından tanış olub, onun tətbiqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Müxbir – Vüsalə Cənnətova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri