MDU və AzTU birgə kadr hazırlığına start verir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universiteti (AzTU) arasında əldə olunmuş razılaşmaya əsasən, mühəndislik ixtisasları üzrə birgə kadr hazırlığı proqramına tələbə qəbulu elan olunur. Tərəfdaşlıq çərçivəsində regional sənayenin və əmək bazarının müasir tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrların hazırlanması hədəflənir.
Birgə tədris proqramı I ixtisas qrupu üzrə iki strateji ixtisası əhatə edir:
- Energetika mühəndisliyi — 40 plan yeri
- Elektrik və elektronika mühəndisliyi — 30 plan yeri
Tədris modeli tələbələrin 3 il Mingəçevir Dövlət Universitetində, 1 il isə Azərbaycan Texniki Universitetində təhsil almasını nəzərdə tutur.
Tələbələr təhsil müddətində həm MDU-nun müasir akademik mühitindən, həm də AzTU-nun mühəndislik sahəsindəki zəngin təcrübəsi, praktiki təhsil imkanları və laboratoriya bazasından yararlanacaqlar. Təlim prosesinə hər iki ali təhsil müəssisəsinin sənaye təcrübəsinə malik peşəkar professor-müəllim heyəti və sahə mütəxəssisləri cəlb olunacaq. Tədris proqramı nəzəri biliklərlə yanaşı, sənaye müəssisələrində praktiki vərdişlərin mənimsənilməsinə xüsusi üstünlük verir.
Proqram çərçivəsində təhsil alan tələbələr mühəndislik sahəsində müasir texnologiyaları mənimsəyərək rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq imkanı elde edəcəklər.

Bu mövzuda digər xəbərlər:MDU və AzTU “Azərbaycan İES”də birgə elmi praktik tədbir keçirib
13 Fevral 2026 18:46
MDU ilə AzTU Strateji Əməkdaşlıq Memorandumu imzaladı
06 Dekabr 2025 16:15
MDU və ADNSU əməkdaşlığa başlayır
16 Dekabr 2025 13:50
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
18 Sentyabr 2026 10:28
MDU da konfrans keçirilib
24 Aprel 2026 17:24
Baxış sayı:162
Bu xəbər 08 Avqust 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















