Icma.az
close
up
RU
Məcburi köçkünlərə mənzillər bu qaydada veriləcək QANUN DƏYİŞİR

Məcburi köçkünlərə mənzillər bu qaydada veriləcək QANUN DƏYİŞİR

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub.

“Yeni Sabah” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, bu gün müzakirəyə çıxarılan Mənzil Məcəlləyə, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara təklif edilən dəyişikliklər də məhz bu sahədə görülən işlərin hüquqi bazasının təkmilləşdirilməsi, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Pepperoni pizza

Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut – İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaranacaq və bu fonda daxil olan yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.

Eyni zamanda, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları da konkretləşdiriləcək. Yeni təklifə əsasən, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə, əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək. Həmçinin sözügedən qanuna təklif olunan dəyişikliyə görə, şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerindən imtina etdikdə məcburi köçkün statusunu itirəcək.

Komitə sədri qeyd edib ki, layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud üç illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək.

Bundan başqa, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək. Bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri