Icma.az
close
up
RU
Məcburi köçkünlərə ŞAD XƏBƏR Artıq mənzillər çıxarışla veriləcək

Məcburi köçkünlərə ŞAD XƏBƏR Artıq mənzillər çıxarışla veriləcək

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

İşğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərə verilən yaşayış sahələri bundan sonra mülkiyyət hüququ əsasında təqdim olunacaq.
Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?


Qanunvericiliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılacaq.
Fondun balansında olan yaşayış sahələri artıq vətəndaşlara icarə müqaviləsi ilə deyil, mülkiyyət hüququ əsasında veriləcək. Bu qayda həm yeni köçürüləcək keçmiş məcburi köçkünlərə, həm də işğaldan azad edilmiş ərazilərdə artıq yaşayış sahəsi əldə etmiş şəxslərə şamil olunacaq.
Dəyişikliklərlə məcburi köçkün statusunun hansı hallarda başa çatacağı da dəqiqləşdirilib. Belə ki, şəxs işğaldan azad edilmiş ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya dövlət tərəfindən təklif edilən bu imkandan imtina etdikdə onun məcburi köçkün statusuna xitam veriləcək.
 

Qanuna edilən digər mühüm dəyişiklik sosial müdafiə tədbirləri ilə bağlıdır. Yeni qaydalara əsasən, məcburi köçkün statusunu itirən şəxslərə göstərilən sosial dəstək dərhal dayandırılmayacaq.


Bu tədbirlər statusun itirildiyi tarixdən etibarən daha 3 il davam etdiriləcək.
Prezidentin imzaladığı fərmana əsasən, Nazirlər Kabineti Mənzil Məcəlləsinin 108-1-ci maddəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə köçürülmə və həmin mənzillərin mülkiyyətə verilməsi qaydasını 4 ay müddətində hazırlayıb dövlət başçısı ilə razılaşdırdıqdan sonra təsdiq etməlidir.
Qanunvericiliyə edilən dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmanın sürətləndirilməsi, vətəndaşların əmlak hüquqlarının təmin olunması və sosial müdafiə mexanizmlərinin daha dəqiq tənzimlənməsinə xidmət edir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov deyib ki, Prezident tərəfindən təsdiq olunmuş qanuna əsasən işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılmasına başlanılıb:
“Belə ki, Fond işğaldan azad olunmuş ərazilərdə mülkiyyətlə təmin olunan əhalinin mülkiyyət hüququnun tanınmasını və onlara Dövlət Reyestrindən çıxarışların verilməsini özündə ehtiva edir. Bu da o deməkdir ki, əgər əvvəlki dövrlərdə məcburi köçkünlər dövlətdən mənzil verilən zaman onlara çıxarış verilmirdisə, artıq yeni qanunla mənzillə təmin olunan məcburi köçkünlər çıxarışla təmin ediləcək.
Beləliklə, öz dədə-baba yurduna qayıdan soydaşlarımızın mülkiyyət hüququ tanınacaq.
Qanuna əsasən məcburi köçkünlərə edilən güzəştlər növbəti  3 il üçün də qüvvədə olacaq. Yəni qayıdış proqramının iştirakçısı olan vətəndaşlarımıza aylıq müavinətlər ödəniləcək, ali məktəbə daxil olanların təhsil haqqı yenə də dövlət tərəfindən qarşılanacaq. Eyni zamanda bir sıra rüsumlardan da azad olunacaqlar, müəyyən güzəştlərdən faydalana biləcəklər. Beləcə, geri dönən vətəndaşlarımız həm aldıqları əmlakın çıxarışını ala biləcəklər, həm də dügər güzəştlərdən də yararlanacaqlar”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 İyul 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri