Icma.az
close
up
RU
“Medallar vacibdir, amma ən böyük nailiyyət tarixdə iz qoymaqdır” Dünyanı heyrətləndirən Tofiq Əliyevin ə MÜSAHİBƏSİ + VİDEO

“Medallar vacibdir, amma ən böyük nailiyyət tarixdə iz qoymaqdır” Dünyanı heyrətləndirən Tofiq Əliyevin ə MÜSAHİBƏSİ + VİDEO

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Tofiq Əliyev artıq tamblinq tarixində adını yazdırıb. O, Çenduda keçirilən Ümumdünya Oyunlarında əvvəllər heç kimin yerinə yetirmədiyi bir kombinasiyanı - bir-birinin ardınca iki üçqat salto hərəkətini icra edib. Buna görə də noyabrın 5-də Pampalonada başlayacaq dünya çempionatında bütün diqqətlər ona yönələcək.

Mövsümün əsas yarışı ərəfəsində Dünya kubokunun ümumi hesab üzrə qalibi Tofiq Əliyev həmin unikal elementi necə hazırladığını və onun necə şəxsi “vizit kartına” çevrildiyini İdman.Biz-ə danışıb.

T.Əliyev Çenduda Ümumdünya Oyunlarında gümüş medal qazandıran çıxışının maraqlı tarixçəsini bölüşüb:

“Bu element mənə yarışlardan bir gün əvvəl yuxuda gəldi. Özümü onu yerinə yetirərkən gördüm. Yuxuda hiss edirdim ki, uçuram, fırlanıram və yerə enirəm. Finaldan öncə bunu uğurlu bir işarə kimi qəbul etdim”, - deyə Əliyev etiraf edib.

İdmançı həmin kombinasiyanın xüsusiyyətlərindən də danışıb:

“Bu element tamblinqdə “full full full” və ya “triple triple” kimi tanınır - yəni üçqat arxaya salto, hər mərhələdə üç tam döngə ilə. Hər hansı bir üçqat salto özü-özlüyündə çətinlik dərəcəsinin zirvəsində olur və yalnız az sayda idmançı birinci saltoda tam döngə əlavə edə bilib. Amma üç mərhələnin hər birində bir döngə ilə üçqat salto? Buna qədər heç kim buna yaxın belə olmamışdı - mən Çenduda akrobatik cığırda sürətlənənədək”, - deyə tamblinq ustası qeyd edib.

Finalda Tofiqlə 2022-ci ilin dünya çempionu İtan Makqinness (Avstraliya), yüksələn ulduz Fred Tiq (Böyük Britaniya) və hazırkı Ümumdünya Oyunlarının qalibi Keyden Braun (ABŞ) mübarizə aparıblar.

Bu dörd idmançı gimnastikanın ən riskli növlərindən birində ən cəsarətli iştirakçılar kimi tanınırdılar. Tofiq Əliyev finalın ilk hissəsində maksimum səviyyəsinə yaxın çıxış edib və qızıl uğrunda Braunla yarışa qatılıb.

“Mən anlayırdım ki, qalib gəlmək üçün riskə getməliyəm, buna görə də “triple triple” etməyə qərar verdim. Amma üçqat salto və üçqat döngə o qədər güc və inersiya tələb edir ki, əvvəlcə özümü həlledici tullanışa hazırlamaq üçün bir neçə aşağı arxaya salto etdim. Hərəkətin özü elə çətindir ki, yüksək bal toplamaq üçün əlavə kombinasiyalara ehtiyac qalmır”, - T.Əliyev çıxışının bütün incəliklərini sanki yenidən yaşayırmış kimi danışır.

“Tribunalar da məni çox coşğuyla dəstəkləyirdilər, elə bil oradakı hər kəs başa düşürdü ki, nəsə xüsusi bir hadisə baş verir. Sonuncu qaçışa başladığım an bu enerjini hiss edirdim. Havaya qalxdım, salto və döngələri birləşdirdim. Yerə enəndə sevincdən yumruqlarımı sıxdım və məşqçim Adil Hüseynzadənin qucağına atıldım. Çox xoşbəxt idim!”, - deyə Tofiq xatırlayır.

Yeni elementin videosu dərhal internetdə yayıldı: rəqiblər onu tarixi nailiyyət münasibətilə təbrik etdilər, final isə bütün dövrlərin ən həyəcanlılarından biri adlandırıldı.

“Bu Ümumdünya Oyunlarının medalı mənim üçün çox vacibdir, amma ən böyük nailiyyət - tamblinq tarixində iz qoymaqdır”, - deyə T.Əliyev vurğulayıb.

İndi isə Pampalonada keçiriləcək dünya çempionatı ərəfəsində sual yaranır: görəsən, gimnastımızdan “triple triple”i bir daha görə biləcəyikmi? Bu, tamamilə mümkündür. Tofiq isə bu barədə qısaca deyib: “İrəli!”

Beləliklə, Tofiq Əliyev daha əvvəl komanda yarışında dünya çempionu olub, İspaniyada isə yeni zirvəni fəth etməyə qərarlıdır.

Zəki Feyzullayev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri