Mədəaltı vəzi dərmansız xilas etməyin yolları
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mədəaltı vəz çox incə, mürəkkəb bir orqandır, çox zaman qəfildən, gözlənilmədən sıradan çıxır, əgər ağrıdısa, deməli, vəziyyət ən ağır mərhələdədir.
Bakupost xəbər verir ki, hepatoloq, qastroenteroloq Sergey Vyalov kəskin pankretitə yol verməmək üçün tövsiyələr verib.
«Pankreatit kiçik vəzin nekrozlaşan, yəni ölən sahəsidir. Bu qaraciyərin sirrozuna bənzəyir. Ölmüş hissə bir daha bərpa olunmur. Bu mərhələyə qədər xəstə heç nə hiss etmir.Bir balaca ağrı, ağırlıq, həzmsizlik olur, yedikləri həzm olmur, ağır qidaları çətin həzm edir, hər şeyi mədədən bilir.
Mədəaltı vəzin dağılması 10 il çəkə bilər. Onun sağlamlığının qeydinə gənclik illərindən qalmaq lazımdır.
Siqaret, lazımsız dərmanlar, içkilər — onu hüceyrə səviyyəsində məhv edir. Artıq çəki, piylənmə, ayaqüstü qidalanma, aşırı yağlı qidalar risk yaradır.
Mədəaltı vəzidə problem, ferment yetməzliyi yarandısa, xəstə ömrünün sonuna qədər yüksək dozalarda ferment preparatları içməlidir. Bu da baha başa gəlir.
Ümimiyyətlə, pankreatitin müalicəsi çətindir, bəzən mümkün deyil. Mədəaltı vəz yeganə orqandır ki, transplantasiyası bizdə yoxdur».
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Oktyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















