Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi ilə bağlı məsələ canlı efirdə müzakirə olundu Video

Mədəniyyət Nazirliyi ilə bağlı məsələ canlı efirdə müzakirə olundu Video

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Mədəniyyət Nazirliyi ətrafında baş verən proseslər əsas ictimai müzakirə mövzusuna çevrilib. Teatr və yaradıcılıq kollektivlərindəki narazılıqlara paralel olaraq nazirliyin mövqeyini əks etdirən rəsmi açıqlamalar da tirajlanır. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən məsələ bu gün Baku TV-nin canlı efirindəki “Aktual gündəm” proqramında da müzakirəyə çıxarılıb.  

Belə ki, təşkil olunan canlı yayımda həm sənət adamları, həm də nazirliyin nümayəndələri iştirak edərək yaranmış narazılıqlara münasibət bildiriblər. 

Caz və vokal ifaçısı Təranə Mahmudova Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva haqda iddialar səsləndirib. İfaçı tədbirlərə həmişə eyni adamların göndərildiyini deyib: “Mən Azərbaycan cazını təmsil etmək istəyirəm. Ancaq bu cür tədbirlərə göndərilmirəm. Niyə?! Çünki Mənzər Nurəliyevanın özünün qrupu var və bunu hamı bilir. Neçə illərdir bu adam monopoliya yaradır. Hər il eyni adamlar gedir. Axı sən 10 dəfə eyni adamları göndərəndə bir dəfə də məni göndərməlisən. Özümə güvənən biriyəm. Ona görə ki, bu dəqiqə Azərbaycanın ən yaxşı caz pianoçuları ilə işləyirəm”.

Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova onun fikirlərinə belə cavab verib: “Bu məsələ hüquq-mühafizə orqanlarının predmetidir. Əsas olmadan qarşı tərəfin şərəf və ləyaqətinə toxunmaq hüququmuz yoxdur. Əfsuslar olsun ki, son günlər biz məhz bu problemlərlə gündəmə gəlirik. Aydınlaşdırmalıyıq ki, söhbət 2004-2022-ci illərdən gedir. Bizim burada cavabdehlik dərəcəmiz nə qədərdir? Yəni faktlara əsasən danışmaq lazımdır. “Kimsə nəsə dedi, kimsə narazıdır” demək peşəkar yanaşma deyil”.

Kamança ifaçısı Şəhriyar Musayev isə bildirib ki, onların niyyəti Mədəniyyət Nazirliyinin fəaliyyətinə kölgə salmaq deyil: “Nazirliyin fəaliyyəti ilə bağlı mənim nə şübhəm ola bilər? Bu etdiklərimiz fərdlə olan problemdir. Biz qurumu yox, fərdi tənqid edirik. Mən Mədəniyyət Nazirliyinin heç bir layihəsində iştirak etməmişəm”.

Verilişə bundan başqa, müğənnilər Nura Suri və Almaxanım Əhmədli də qoşularaq nazirlik haqda fikirlərini ifadə ediblər.

Almaxanım Əhmədli bildirib ki, onu narahat edən əsas məsələ nazirliyin tədbirlərində şəxsi münasibətlərə dayanan dəvətlərin çox olmasıdır: “Hansı ki, söhbət Mənzər Nurəliyevanın rəfiqəlik etdiyi insanların siyahıya salınmasından gedir. Bunlar adətən eyni adamlar olur. Özbəkistan Mədəniyyət Günlərində Adil Kərimli məni o siyahıya salmışdı. Biz məşqlər də edirdik. Konsertə bir neçə gün qalmış mənə məlumat verildi ki, Mənzər xanım məni siyahıdan çıxarıb. Mənimlə yanaşı, bir neçə həmkarım da çıxarılmışdı, ancaq tək danışan mən oldum”.

Nura Suri isə çıxışı zamanı bu sözləri deyib: “Mənim Adil Kərimli ilə heç bir qərəzim yoxdur. İştirak etdiyim forumdan sonra Mənzər xanımın mənə qarşı yaranan aqressiyasının səbəbini də bilmirəm. İki il öncə iştirak etdiyim forumda təkliflə çıxış etdim. Bildirdim ki, nəyə görə Azərbaycanın bu gözəl musiqisi “Qızıl Fond”da qalmalıdır? Dijital platformalara nəyə görə köçürülmür? Orada bir qalmaqal yarandı. İkinci gün isə orada Vaqif Gərayzadənin adını çəkəndə dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki o özü də “qara siyahı”dadır”.

Daha ətraflı videomaterialda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri