Icma.az
close
up
RU
Mədəniyyətin qəzalı ünvanları: 9 məktəb, 70 kitabxana və 99 klub

Mədəniyyətin qəzalı ünvanları: 9 məktəb, 70 kitabxana və 99 klub

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycanda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin yarıdan çoxunun əsaslı təmirə ehtiyacı var. Kitabxana və klub müəssisələrinin texniki vəziyyətinə dair rəqəmlər də diqqət çəkir.

Moderator.az bildirir ki, oxu.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2025/2026-cı tədris ilinin əvvəlinə Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 235 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin 137-nin əsaslı təmirə ehtiyacı olub. Bu, məktəblərin 58.3 faizi deməkdir.

Əvvəlki tədris ilində əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı 131, onların ümumi sayda payı isə 55.5 faiz təşkil edib. Beləliklə, bir ildə təmirə ehtiyacı olan məktəblərin sayı altı, payı isə 2.8 faiz bəndi artıb.

Əsaslı təmirə ehtiyacı olan məktəblərin 98-i şəhərlərdə, 39-u kəndlərdə yerləşir. Kəndlərdəki 66 məktəbin 39-nun təmirə ehtiyacı olması bu göstəricinin 59.1 faizə çatdığını göstərir.

Bundan əlavə, doqquz məktəb qəza vəziyyətində olub. Onların hamısı şəhərlərdə yerləşir. Qəza vəziyyətindəki məktəblərin sayı əvvəlki tədris ili ilə müqayisədə dəyişməyib.

Kitabxanalara dair məlumatlar isə 2025-ci ilin sonuna olan vəziyyəti əks etdirir. Mədəniyyət Nazirliyi sistemində ayrıca binalarda yerləşən 735 kütləvi kitabxananın əsaslı təmirə ehtiyacı olub, 70 kitabxana isə qəza vəziyyətində qeydə alınıb. Bu göstəricilər nazirlik sistemindəki kitabxanaların ümumi sayının müvafiq olaraq 25.5 və 2.4 faizini təşkil edib.

Təmirə ehtiyacı olan kitabxanaların 614-ü kəndlərdə, 121-i şəhərlərdə yerləşir. Qəza vəziyyətindəki 70 kitabxananın isə 58-i kəndlərin, 12-si şəhərlərin payına düşür.

2024-cü illə müqayisədə əsaslı təmirə ehtiyacı olan kitabxanaların sayı 733-dən 735-ə, qəza vəziyyətində olanların sayı isə 67-dən 70-ə yüksəlib.

Klub müəssisələrində də təmirə ehtiyac yüksək olaraq qalır. 2025-ci ilin sonuna Mədəniyyət Nazirliyi sistemində ayrıca binalarda yerləşən 962 klub müəssisəsinin əsaslı təmirə ehtiyacı olub. Bu, sistemdəki klub müəssisələrinin 44.4 faizi deməkdir. 99 klub müəssisəsi isə qəza vəziyyətində olub.

Əsaslı təmirə ehtiyacı olan klub müəssisələrinin 850-si kəndlərdə, 112-si şəhərlərdə yerləşir. Qəza vəziyyətindəki müəssisələrin də böyük hissəsi kəndlərin payına düşür: 99 müəssisədən 87-si kəndlərdə, 12-si şəhərlərdədir.

Kitabxanalardan fərqli olaraq, klub müəssisələri üzrə hər iki göstəricidə azalma qeydə alınıb. Əsaslı təmirə ehtiyacı olanların sayı 2024-cü ildəki 1 036-dan 962-yə, qəza vəziyyətində olanların sayı isə 104-dən 99-a düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri