Media: Aİ Rusiya ilə əlaqəsi olan tankerlərə qarşı irimiqyaslı əməliyyat hazırlayır
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baltik dənizinə çıxışı olan Aİ ölkələri Rusiyanın “kölgə donanması”na daxil olduğu iddia edilən gəmilərin kütləvi saxlanmasına imkan verəcək hüquqi tədbirlər hazırlayır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Politico” qəzetinə avropalı rəsmilər və diplomatlar məlumat veriblər.
Onlar bildiriblər ki, yeni qanunvericilik gəminin ətraf mühitə vurduğu zərərə, dənizin dibindəki kabellərə və digər kritik infrastruktura zərər verdiyinə görə onun həbs edilməsinə icazə veriləcək. Nəşrin mənbələri qeyd ediblər ki, sonuncu halda tankerlərin saxlanılması üçün əsas “dəniz quldurluğuna qarşı mübarizə” olacaq.
Mənbələrin məlumatına görə, bir sıra Aİ ölkələri, xüsusən də Litva və Estoniya da etibarlı dəniz sığortaçılarının siyahısını yaratmağı planlaşdırır. Belə ki, gəmi bu siyahıya daxil olmayan şirkət tərəfindən sığortalanıbsa, o, saxlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 10 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















