Icma.az
close
up
RU
MEDİA: Dövlət sifarişi ilə maliyyələşdirilən layihələr peşəkar meyarlara cavab verir

MEDİA: Dövlət sifarişi ilə maliyyələşdirilən layihələr peşəkar meyarlara cavab verir

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İlk dəfə ötən ilin aprel ayında dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib, nəticələrə uyğun olaraq həmin ilin sentyabr ayında layihələrin icrasına başlanıb".

Oxu.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

O bildirib ki, layihə çərçivəsində cari dövrədək səkkiz ümumölkə yerüstü televiziya yayımçısı tərəfindən dövlət və cəmiyyət üçün prioritet olan mövzularda həftədə bir dəfə olmaqla 12 televiziya proqramı və altı sosial videoçarx yayımlanmaqdadır:

"Müsabiqə çərçivəsində hazırlanmış müvafiq audiovizual məhsullar auditoriya tərəfindən maraqla qarşılanıb, bununla yanaşı, müxtəlif qurumlar və ictimaiyyət tərəfindən sosial videoçarxlar yüksək qiymətləndirilib, onların maarifləndirici mahiyyəti xüsusilə vurğulanıb.

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə tərəfdaşlığı ilə icra olunan layihənin məqsədi yeni media mühitində auditoriyayönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, müvafiq sahədə yaradıcılığın və peşəkarlığın dəstəklənməsi, yüksəkkeyfiyyətli istehsalla bağlı əlverişli ekosistemin formalaşdırılması, müxtəlif istiqamətlər üzrə məlumatların ictimaiyyətə effektiv şəkildə çatdırılmasıdır".

"Məlumdur ki, dövlət sifarişi ilə maliyyələşdirilən layihələr daha ciddi texniki və peşəkar meyarlara cavab verir. Bu da həm istehsal keyfiyyətini, həm də məzmunun dərinliyini və aktuallığını artırır. Nəticədə, tamaşaçılara daha maraqlı və informativ məhsullar təqdim olunur. Həmçinin bu növ müsabiqələr müxtəlif sosial, mədəni, tarixi və təhsilyönümlü mövzuların işıqlandırılmasına imkan yaradır, daha əvvəl kommersiya baxımından riskli sayılan mövzulara müraciət təşviq olunur, beləliklə, ümumi kontent xəritəsi zənginləşir. Hazırlanan məhsullarda milli-mənəvi dəyərlər, dövlətçilik ideyası, mədəni irs və Azərbaycan dilinin təbliği ön planda olur və bu ictimai maarifləndirməyə, milli kimliyin möhkəmləndirilməsinə töhfə verir. Bütün bu nüanslar nəzərə alındıqda, əminik ki, növbəti dəfə icrasına başlanan layihə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması baxımından özünü doğrultmağa davam edəcək və silsilə xarakter daşıyacaq", - Ə.İsmayılov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri