Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Sosial media” ilə peşəkar media arasında elan olunmamış müharibə KÜNCDƏN BAXIŞ

“Sosial media” ilə peşəkar media arasında elan olunmamış müharibə KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

İnformasiya texnologiyalarının inkişafı və internet məkanında heç bir nəzarətin olmaması çox ciddi problemlər yaradıb. Getdikcə informasiya məkanında dezinformasiyalar, qərəzli, təxribat xarakterli materiallar çoxalır. Bəziləri bu şəraitdən yararlanıb, hətta biznes qururlar. Artıq internet məkanda minlərlə sayt, sosial şəbəkə kanalları açılıb və bunun adı media qoyulub. Oxucular, tamaşaçılar da bunları media hesab edirlər. Bəzən hətta onları “sosial media” adlandırırlar. Halbuki, media tamamilə başqa şeydir- bu, peşəkar və məsuliyyətli bir kütləvi informasiya resurslarıdır. Üstəlik media özü sosial instututdur. Deməli, məsuliyyətsiz və qərəzli internet resurslarını "sosial media" adlandırmaq tam bir cəfəngiyyatdır. İnternetdəki hər saytı və ya sosial şəbəkə səhifəsini media adlandırmaq olmaz. Bunlar, sadəcə, internet saytları və ya səhifələridir. Bu məsələnin birinci tərəfidir.

Məsələnin 2-ci tərəfi həqiqi medianın informasiya məkanında üstünlüyünün itirilmə təhlükəsidir. Burada əsas problem ciddi medianın idarə edilməsi, yəni menecment məsələsidir. İlk növbədə obyektivlik, maliyyə müstəqilliyi və peşəkarlıq əsas götürülməlidir. Təəssüf ki, bizdə belə media resursları çox azdır. Əksər media subyektləri asılı və tərəflidir- ya hansısa bir qüvvənin tərəfində və ya bir şəxsin tərəfində olur. Bu cür idarəetmə ilə informasiya bazarına, geniş auditoriyaya nüfuz etmək mümkün deyil. Çünki oxucu, tamaşaçı kütləsi bunu hiss edir və belə resurslara etibar göstərmir. Ona görə də, həm obyektiv materiallar paylaşılmalıdır, həm də auditoriyanın gözlədiyi məlumatlar çatdırılmalıdır.

Təəssüf ki, son dövrlərdə oxucu, tamaşaçı auditoriyası peşəkar mediadan istədiyini ala bilmir. Məsələn, mediada cəmiyyətin, ölkənin faydasına olan vacib mövzulara çox az toxunulur, onun əvəzinə şou xarakterli materiallar işlənilir.

Güclü və nüfuzlu media yaratmaq üçün böyük imkanlar və obyektiv, peşəkar fəaliyyət tələb olunur. Bütün hadisələri və prosesləri yerindən kütləyə çatdırmaq yalnız böyük media holdinqlərinin gücü daxilindədir, yalnız onların bunun üçün yetərli kadr heyəti, texniki bazası və digər imkanları var. Bu halda artıq çatdırılan məlumatı məhdud sayda oxucu kütləsi deyil, daha geniş kütlə oxuyur.

1-2 nəfərdən ibarət kiçik saytlardan belə səviyyədə informasiyalar gözləmək ədalətli olmazdı. Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya 1-2 nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Peşəkar işləmək üçün çoxsaylı peşəkar kadrlar, güclü madi-texniki baza olmalıdır. Bu kimi çatışmazlıqlarla bu media resursları dünya informasiya məkanına çıxa bilməz.

Dünya informasiya məkanına çıxmaq üçün çoxsaylı işçi qüvvəsi olan– peşəkar sayt, qəzet, informasiya agentliyi, radio və televiziyanın birləşdiyi media qruplar olmalıdır ki, dünyanın hər yerindən xəbər versin, maraqlı təhlillər, araşdırmalar ortaya qoysun və nüfuz qazana bilsin. Ona görə də, xırda və zəif media orqanlarında təmərküzləşmə prosesi getməlidir. Bu təmərküzləşmə prosesinə əsasən, bir neçə media orqanı birləşərək, böyük media holdinqləri formalaşmalıdır.

Reklam bazarı da vacib şərtdir. Özünü maliyyələşdirə bilməyən media heç vaxt peşəkar və obyektiv ola bilməz. Dünyada, ölkədə ictimaiyyət arasında nüfuz qazana bilməz.

Media kütlələrə psixoloji təsir silahıdır. Bu silah dövlətin və cəmiyyətin əlində olmaldır. Çünki insanlar media orqanlarında dolğun, ciddi, tərəfsiz məlumat ala bilməyəndə artıq sosial şəbəkələrə üz tuturlar. Hadisənin əslini, reallığı sosial şəbəkələrdə axtarırlar. Nəticədə ölkə mediası ictimaiyyətə təsir funksiyasını itirir, informasiya məkanına “sosial media” adlandırılan məsuliyyətsiz qüvvələr nəzarət edir.

Bütün bu məsələlər kompleks şəklində həll edilməlidir. Məsələnin bir tərəfini həll edib, digər tərəfini boş buraxdıqda bu boşluqlar ortadan qalxmayacaq. Elə bir şərait yaradılmalıdır ki, həm dövlətin əhaliyə çatdırmaq istədiyi məlumatlar, həm də əhalinin dövlətə çatdırmaq istədiyi məlumatlar mediada yer alsın. Əhalinin böyük hissəsi həqiqi media orqanlarına inansın, onu dinləsin, oxusun, izləsin. Peşəkar medianın başqa çıxış yolu yoxdur.

Məhz bu səbəbdən son illərdə dövlətin bu sahədə həyata keçirdiyi islahatlar, Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi layihələr və tədbirlər çox təqdirəlayiqdir. Media haqda Qanunun qəbul edilməsi, media resurlarının və jurnalistlərin vahid reyestrinin yaradılması, jurnalistlərin peşəkarlaığının artırılması üçün təlimlərin, seminarların keçirilməsi, media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə onlara verilən maliyyə dəstəyi və sair bu kimi tədbirlər 150 yaşlı Azərbaycan mediasının inkişafı və müasir çağırışlara cavab verməsi üçün son dərəcə vacib işdir.

Şübhə yoxdur ki, bu sahədə islahatlar davam edəcək və bütün bu tədbirlər Azərbaycan mediasının sağlamlaşdırılması, məsuliyyətinin və peşəkarlığının artırılması, jurnalistlərin sosial vəziyyyətinin yaxşılaşdırılması və media resurslarının nüfuzunun gücləndiriməsinə gətirib çıxaracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyul 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri