Icma.az
close
up
RU
Media həmrəyliyinə xidmət edən platforma 2 yaşını qeyd edir

Media həmrəyliyinə xidmət edən platforma 2 yaşını qeyd edir

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fəaliyyətinin artıq 2 ili tamam olan AZƏRPRESS Media Qrupu Whatsapp platforması üzərindən ölkənin bütün media nümayəndələrinin (jurnalistlərin, mətbuat katiblərinin və kommunikasiya sahəsində fəaliyyət göstərən məsul şəxslərin) birliyini təşkil edərək, peşəkar informasiya mühitinin formalaşmasına dəstək göstərməyə davam edir.

Xalqcebhesi.az xəbər verir ki, yerli KİV-lərə bu barədə açıqlama verən AZƏRPRESS Media Qrupunun təsisçi rəhbəri, jurnalist Emil Məlikov qrupun əsas məqsədinin mətbuat nümayəndələri arasında operativ informasiya mübadiləsini təmin etmək, peşəkar media həmrəyliyini gücləndirmək və qarşılıqlı əməkdaşlığa töhfə vermək olduğunu vurğulayıb: "Qısa zaman ərzində fəaliyyətimizi məsuliyyət, obyektivlik və peşəkarlıq prinsipləri üzərində quraraq, digər oxşar media qrupları arasında öz etibarlılığı, ədalətli və sanballı fəaliyyəti ilə seçilən informasiya mühiti formalaşdırmağa nail olmuşuq. Sevindirici haldır ki, AZƏRPRESS Media Qrupu yaranan gündən media sahəsi üzrə səviyyəli və peşəkar mətbuat nümayəndələrini öz ətrafında cəmləyə bilib. Bu gün media platformamızda ölkənin aparıcı media qurumlarının nümayəndələri, müxtəlif dövlət strukturlarının mətbuat xidmətlərinin əməkdaşları, televiziya, radio, qəzet, informasiya agentlikləri və onlayn media resurslarında çalışan jurnalistlər təmsil olunurlar. Sayımız artmaqda davam edir. Bu isə AZƏRPRESS Media Qrupunun bu cameədə qazandığı etimadın göstəricisidir".

İştirakçı baxımından əsas meyarın kəmiyyət deyil, keyfiyyət olduğunu qeyd edən platforma rəhbəri media qrupunda mətbuat nümayəndələrinin birliyinin qarşılıqlı hörmət və peşəkar əməkdaşlıqla cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfə verdiyindən danışıb.

"Bu prinsiplərə sadiq qalaraq fəaliyyətimizi daha da inkişaf etdirmək niyyətindəyik. Hələ ki, yalnız Whatsapp platforması üzərindən davam etsək də, gələcək planlarımız sırasında yeni layihələr həyata keçirmək və AZƏRPRESS-i informasiya agentliyi formatında inkişaf etdirmək də yer alır. Media sahəsində çalışan bütün həmkarlarımızı media qrupumuzda görməkdən məmnun olarıq", – deyə Emil Məlikov bildirib.

Qeyd edək ki, AZƏRPRESS Media Qrupu mətbuat nümayəndələrinin birliyi və iş mübadiləsi üçün nəzərdə tutulan peşəkar media platformasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 İyul 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri