Icma.az
close
up
RU
MEDİA jurnalist gəlirlərinin vergidən azad edilməsi layihəsini şərh edib

MEDİA jurnalist gəlirlərinin vergidən azad edilməsi layihəsini şərh edib

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

“Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən media islahatlarının əsas prioritetidir”​.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu APA-ya açıqlamasında MEDİA-nın Aparat rəhbəri Rəqsanə Kərimova jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı bildirib.

Onun sözlərinə görə, “Media haqqında” Qanunlla ilk dəfə olaraq, “media subyekti” və “jurnalist” terminlərinə anlayış verilib, bu fəaliyyətlə məşğul olan şəxslərin dairəsi dəqiqləşdirilib, nəticədə yaradılmış hüquqi əsas növbəti mərhələdə bu şəxslərin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün tədbirlərin görülməsinə zəmin yaradıb:

“Media fəaliyyəti ilə məşğul olan şəxslərə yönəlmiş islahatlar paketinin ilk tərkib hissəsi Azərbaycan Prezidentinin ipoteka qanunvericiliyinə edilən dəyişiklikləri təsdiqləməsi və beləliklə, jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun verilməsi oldu.

Bundan sonra isə 13 may 2022-ci ildə kütləvi informasiya məhsulları, kitablar və dərsliklərin ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı ƏDV-dən azad edildi.

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində növbəti prinsipial addım 2023-cü ilin yanvarın 1-dən ölkə mətbuatına vergi tətillərinin tətbiqi oldu. Belə ki, çap və onlayn media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən 3 il müddətinə azad olundu”.

“Müxtəlif görüşlər zamanı həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən jurnalistlər gəlir vergisinin tam həcmdə ödənilməsinin onlar üçün ağır olduğunu ifadə etməklə, bu istiqamətdə də dövlətin dəstəyinə ehtiyac duyduqlarını bildirirdilər.

Bu gün Vergi Məcəlləsinə təklif edilən dəyişiklik jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Xüsusilə, 3 nəfər işçi tələbi nəzərdə tutulmadan həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin vergidən azad edilməsi təklifi müstəsna əhəmiyyət daşıyan bir nüansdır. Bu o deməkdir ki, layihə qəbul olunarsa, təqvim ili üzrə əldə etdiyi gəlirlərin həcmi xərclər nəzərə alınmadan 45 000 manatadək olan jurnalist fəaliyyəti ilə məşğul hər bir şəxs bu fəaliyyətdən əldə edilən gəlirin vergisinin 75 faizindən azad olacaq”, - Aparat rəhbəri əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri