Icma.az
close
up
RU
Media kibertəhdidlərin hədəfində: Qlobal şəbəkədə risklər dərinləşir

Media kibertəhdidlərin hədəfində: Qlobal şəbəkədə risklər dərinləşir

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son illər media məkanında rəqəmsallaşma prosesi sürətlə inkişaf edir. Bu tendensiya informasiya istehsalında və yayımında çevikliyi, əlçatanlığı artırsa da, eyni zamanda bir sıra təhlükələri də özü ilə gətirir. Xüsusilə müstəqil media qurumları bu prosesdə daha həssas vəziyyətdədir.

Azərbaycanın internet resursrlarına da kiberhücumların sayı artıb. Xüsusən, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı kiberhücumlar çoxalıb. 2025-ci ildə ölkəmizdə fəaliyyət göstərən onlayn informasiya portallarına yönəlik hücumlar isə daha da intensivləşib.

Xatıradaq ki, bu ilin fevralında "Global Media Group"a daxil olan media resurslarına qarşı həyata keçirilən kiber hücumlar bu risklərin nə qədər real olduğunu bir daha ortaya qoymuşdu. Bununla yanaşı, "Cloudflare" şirkətində yaranan kütləvi nasazlıqla bağlı olaraq dünyanın bir çox ölkəsind aparıcı onlayn media resursları da 3 saatlıq bloklandı.

Ekspertlər "Cloudflare" şirkətinin davamlı kiberhücumlara məruz qaldığını deyirlər. Qlobal aləmin bir parçası olan Azərbaycan da bu kimi təhdidlərdən sığortalanmayıb. Bu cür hadisələr göstərir ki, informasiya təhlükəsizliyi təkcə texniki məsələ deyil, eyni zamanda dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir.

"Editor.az" İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı Bakıvaxtı.az-a deyib ki, ümumiyyətlə Azərbaycan mediası, xüsusən interner media resursları hər zaman müxtəlif xarici maraq dairələrinin hədəfində olub.

Onun sözlərinə görə, bunun əsas səbəbi Azərbaycan mətbuatının obyektiv mövqedən çıxış etməsi, ölkəmizlə bağlı həqiqətləri dilə gətirməsi, eyni zamanda dövlətimizin təhlükəsizliyi istiqamətində böyük həssaslıq nümayiş etdirməsidir.  

Müsahibimiz qeyd edib ki, bu gün "qloballaşma" adı altında müxtəlif qruplar medianı özlərinin çirkin əməllərinə alət etmək, bir sıra ölkələrə qarşı mediadan təzyiq vasitəsi kimi faydalanmaq niyyəti güdürlər:

“Ancaq Azərbaycan mediası ən kritik dönəmlərdə belə dövlətin, xalqın yanında olub, reallıqları təbliğ edib. Məhz bu fəaliyyətindən dolayı Azərbaycan mediası son günlər davamlı kiberhücumlara məruz qalır. Bu, bir daha internet medianın texnologiya baxımından təhlükəsizlik məsələsini də gündəmə gətirir. Saytlarımız nə qədər keyfiyyətli məzmun yaratsa da, texniki yanaşmada boşluqların olduğunu zaman-zaman müşahidə edirik. Ona görə də saytların texniki istiqamətlərinin daha da gücləndirilməsinə ciddi ehtiyac var”.

F.Şahbazlı bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsini zəruri sayır:

“Bunu həm ayrı-ayrı media subyektləri özü etməlidir, həm də müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq formatında addımlar atılmalıdır. Onlayn medianın müstəqilliyi yalnız onun maliyyə azadlığından ibarət deyil, həm də texniki baxımdan güclü olmasından asılıdır".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri