BDU nun iki tələbəsi “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində mükafatlandırılıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 26 dekabr, AZƏRTAC
“AzerGold” QSC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələr qiymətləndirilib. Nəticələrə əsasən, mükafatlandırılan 6 qalibdən 2-si BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbələri Nəzrin Xankişiyeva və Məryəm Abdullazadə olub.
Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, media sahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanması olduqca vacibdir. “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media – Bakı” məzmun müsabiqəsi bu istiqamətdə mühüm təşəbbüslərdəndir.
“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müşaviri Leyla Sadıxova çıxışında müsabiqənin keçirilməsində əsas məqsədin media savadlılığının təşviqi, dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması, eyni zamanda, gənclər üçün peşəkarlaşma və ixtisaslaşma imkanlarının genişləndirilməsi olduğunu bildirib. O, müsabiqə mövzuları arasında dağ-mədən sənayesinə dair yazıların “AzerGold” üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib, gənclərin bu sahənin mahiyyətini düzgün anlayaraq, analitik və peşəkar şəkildə təqdim etdiyi məqalələri yüksək qiymətləndirib.
Tədbir çərçivəsində BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistika prinsiplərinin qorunması” mövzusunda təlim keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 26 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















